“Kaspersky” şirkəti “Quadrant Knowledge Solutions” konsaltinq şirkətinin SPARK Matrix™: Digital Threat Intelligence Management” hesabatında lider seçilib.
“Quadrant Knowledge Solutions” şirkətinin analitikləri təsdiqləyiblər ki, “Kaspersky Threat Intelligence” xidmətlər portfeli çərçivəsində kontekst təhlili və məlumatlandırılması ilə etibarlı məlumatları təmin edir və bu məlumatların köməyi ilə SOC komandaları kibertəhdidləri vaxtında aşkarlaya, qarşısını ala, onlara reaksiya verə və onların nəticələrini azalda bilər.
“Kaspersky Threat Intelligence” portfelindən olan xidmətlər təhdidlər haqqında taktiki, əməliyyat və strateji məlumatlar əldə etməyə imkan verir. Bu siyahıda “Threat Data Feeds” məlumat axını; kibertəhdidlər haqqında məlumatların idarə olunması platforması “CyberTrace”; təhdidlər haqqında genişləndirilmiş məlumat və kontekst təmin edən “Threat Lookup” axtarış xidməti; kiberqrupların infrastrukturlarını izləmək üçün “Threat Infrastructure Tracking” xidməti; təhlil edilən obyektlərin TTP-si haqqında hərtərəfli məlumat təmin edən bulud qum saatına və zərərli obyekti müəyyən qrupa təyin etməyə imkan verən “Threat Attribution Engine” xidmətiin ehtiva edən “Threat Analysis”; “Threat Intelligence Reporting” analitik hesabatları; “Digital Footprint Intelligence” xidməti; həmçinin zərərli və fişinq domenlərinin silinməsini təmin edən “Takedown Service” və ekspertlərlə qarşılıqlı ünsiyyət xidməti olan “Ask the Analyst” yer alır.
Xidmətlər toplusuna çıxış təhdidlər haqqında informasiya təhlükəsizliyi hadisələrini tez bir zamanda müəyyən etməyə və insidentləri effektiv şəkildə araşdırmağa imkan verən aktual məlumatları təqdim edən potensial informasiya təhlükəsizliyi təhlili xidməti “Kaspersky Threat Intelligence Portal” üzərindən həyata keçirilir.
“’Quadrant Knowledge Solutions’ konsaltinq şirkətinin kibertəhdidlər haqqında məlumatlandırma xidmətlərimizin texnoloji üstünlüyünü qiymətləndirməsindən məmnunuq. Biz kibertəhlükələrə dair aktual məlumatlar təmin edən və biznesin etibarlı müdafiəsinə töhfə verən texnologiya və həllərimizin effektivliyinin müstəqil təsdiqini əldə etmək üçün bu cür tədqiqatlarda mütəmadi olaraq iştirak edirik”, – deyə “Kaspersky”nin təhdidlərin araşdırılması şöbəsinin rəhbəri Aleksandr Liskin qeyd edir.
“”Kaspersky’nin xidmətlər portfeli təşkilatlara kibertəhlükə mənzərəsi haqqında bütöv bir görüntü təqdim edir, onları müəyyən etməyə və təhlil etməyə və riskləri minimuma endirməyə kömək edir. Xidmətlər sırasına həm öz ekspertiza mərkəzlərindən, həm coğrafi cəhətdən paylanmış tədqiqatçı qruplarından, həm də qlobal sensor şəbəkələrindən, eləcə də üçüncü tərəfin müstəqil mənbələrindən alınan məlumatlar daxildir. ‘Kaspersky Threat Intelligence’ təşkilatlara risklərin müəyyən edilməsi, təhlili, qiymətləndirilməsi və prioritetləşdirilməsi, habelə insidentlərə cavab vermək də daxil olmaqla, İT infrastrukturlarının informasiya təhlükəsizliyini təmin etmək üçün geniş imkanlar təqdim edir. ‘Kaspersky’ 2023-cü ilin ikinci rübü üçün SPARK matrisindəki liderlərər arasında yer alıb”, – deyə “Quadrant Knowledge Solutions” şirkətinin analitiki Riya Tomar öz növbəsində bildirir.
“Gartner”in məlumatına görə, kibertəhlükəsizlik məhsulları və xidmətləri üzrə təşkilati xərclər bütün dünyada artmaqda davam edəcək və 2023-cü ilin sonuna qədər 188,3 milyard dolları keçəcək. Bu artım inkişaf edən kibertəhlükə mənzərəsi ilə paralel baş verir. Eyni zamanda, təhdidləri vaxtında aşkar etməyə və onlara cavab verməyə imkan verəcək etibarlı təhlükəsizlik həlli seçmək təcavüzkarların yeni hücum strategiyaları və yeni istismarlardan (eksployt) istifadə etməsi fonunda getdikcə çətinləşir.
“Quadrant Knowledge Solutions SPARK Matrix™” hesabatında qlobal kibertəhdid haqqında məlumatlandırma xidmətləri bazarının dinamikası, əsas tendensiyalar və təchizatçılar haqqında ətraflı təhlil təqdim edilir. Hesabat təchizatçıların imkanlarını qiymətləndirmək, bazar mövqelərini və rəqabət üstünlüklərini müqayisə etmək üçün onlar haqqında strateji məlumatlar əldə etməyə kömək edir. “SPARK Matrix™: Digital Threat Intelligence Management” hesabatının tam versiyası ilə burada tanış ola bilərsiniz.
“Kaspersky Threat Intelligence” xidmətlər portfeli haqqında ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz.