“Kaspersky” şirkəti özünün “Kaspersky VPN” məhsulunu əhəmiyyətli dərəcədə yeniləyib. Təkmilləşdirilmiş şifrləmə və “Catapult Hydra” və “WireGuard” kimi müasir VPN protokollarına əlavə olaraq, həlldə indi istifadəçinin trafikini IP ünvanına uyğunlaşdırmağı çətinləşdirən ikiqat VPN funksiyası əlavə edilib. Bundan əlavə, məkanların siyahısı genişləndirilib, indi onların sayı 100-dən çoxdur.
“USENIX” Assosiasiyasının araşdırmasına görə, insanlar ilk növbədə onlayn məxfiliyi qorumaq üçün mütəmadi şəkildə VPN-lərdən istifadə edirlər. Respondentlərin əksəriyyəti şəxsi məlumatlarının təşkilatlar tərəfindən toplanacağından narahatdırlar. Zərərli proqramları yayan saytlardan da ehtiyatlanırlar. Araşdırmanın nəticələri göstərir ki, şəxsi məlumatların qorunması və təhlükəsizliyi hələ də istifadəçiləri narahat edən əsas mövzulardan biri olaraq qalır.
Məxfiliyin gücləndirilməsi. Yeni vacib xüsusiyyət ikiqat VPN-dir. Başqa bir təhlükəsizlik səviyyəsi trafikin müxtəlif yerlərdə iki serverdən keçməsi və müştəri ilə ara server arasında iki dəfə şifrələnməsi hesabına yaradılır. İkiqat VPN istifadəçinin trafikini onların IP ünvanı ilə əlaqələndirməyi xeyli çətinləşdirir.
Məhsuldarlıq və sürətin artırılması. İndi bazarda mövcud olan ən güclü VPN protokollardan biri olan “Catapult Hydra” protokolu “Kaspersky VPN” həllinin daxilində bütün ən populyar əməliyyat sistemləri – “Android”, “Windows”, “iOS” və “macOS” ilə işləyən cihazlarda istifadə edilə bilər. “WireGuard” protokolunun istifadəsinin genişləndirilməsi də nəzərdə tutulub. Protokol artıq “Android”də mövcuddur və ilin sonuna kimi “iOS”da istifadəyə veriləcək. Bundan əlavə, 10Gbps enində kanallara malik yeni serverlərlə məkanlar yenilənməyə davam edir.
Məkanların sayının artırılması. “Kaspersky VPN” istifadəçiləri indi dünya üzrə 100-dən çox fərqli məkanda yerləşən serverlər arasında seçim edə bilərlər. Ən son əlavə olunan məkanlar arasında Banqladeş, Çin, Latviya, Lixtenşteyn, Qırğızıstan, Malayziya və Novosibirsk (Rusiya) var. İstifadəçilər həmçinin tez-tez istifadə etdikləri məkanları “Sevimlilər” siyahısında saxlaya bilərlər.
“Bilirik ki, sürət istifadəçilər üçün VPN həlli seçərkən əsas amillərdən biridir. Buna görə də biz bütün lazımi resursları texnologiyalarımızın inkişafı üçün səfərbər edir və təhlükəsizlik, rahatlıq arasında mümkün olan ən yüksək tarazlığa nail olmaq üçün ‘Kaspersky VPN’i təkmilləşdirməyə davam edirik. 2022-ci ildə ‘AV-TEST’in müqayisəli sınaqlarının nəticələrinə əsasən, məhsulumuz məsafədən asılı olmayaraq istənilən məkandan qoşulduqda müxtəlif ölkələrdə yükləmə sürəti və torrentlərlə işləməkdə əla nəticələr göstərərək rəqiblərini inamla üstələmiş və birinci yeri tutmuşdur”, – deyə “Kaspersky”nin İstehlak Biznesi üzrə Məhsul Marketinqi Departamentinin rəhbəri Marina Titova qeyd edir.