Windows Phone-nun uğursuzluğunun əsas səbəbini açıqlanıb

Keçən həftə Microsoft şirkətinin CEO-su Satya Nadella müsahibəılərindən birində qeyd etdi ki, o, şirkətin Windows Phone şöbəsinin bağlandığından məyusdur və bu qərar onun şirkət CEO-su vəzifəsindəki ən ağır qərarlarından biri olub. Bununla yanaşı Nadella qeyd etdi ki, Windows Phone-nun məşhurlaşması üçün nəzərdə tutulmuş imkanlar olsa da, şirkət həmin imkanları əldən buraxıb. İndi isə şirkətin artıq bağlanmış Windows Phone Experience şöbəsinin keçmiş rəhbəri Brandon Watson Windows Phone-nun uğursuz olmasının əsas səbəbini açıqlayıb.
X-dəki (keçmiş Twitter) hesabında Watson bildirib ki, əsas səbəb Windows Phone vasitəsilə çalışan smartfonlara mobil operatorlar tərəfindən marağın olmaması idi. ABŞ-da və Avropanın bəzi ölkələrində mobil operatorlar mobil şəbəkə xidmətinin təklif edilməsi mövzusunda alıcı ilə müqavilə bağlayan zaman cihazların alınması üçün xüsusi şərtləri təklif edirlər. Watson-un sözlərinə əsasən Windows Phone vasitəsilə çalışmış Nokia Lumia smartfonlarının satışa çıxmalarından sonra mobil operatorlar onlara yalnız 1-2 həftə ərzində maraq göstərirdilər.
Lakin daha sonra onlar öz diqqətlərini Android və iOS vasitəsilə çalışan digər məşhur smartfonlara yönləndirirdilər. Watson həmçinin əlavə edib ki, yaxşı tətbiqlər mağazasının olmaması Windows Phone-ların aqibətlərinə məfi təsir göstərsə də, onların süqutlarında ən əsas rolu oynayıb. Onun fikrincə ən böyük problem Microsoft-un tətbiqlərin hazırlaması üçün nəzərdə tutulmuş daxili alətlərdən istifadənin kənar şirkətlərə qadağan etmək siyasəti idi. Bu səbəbdən tərtibatçılar Windows Phone üçün tətbiqlərin hazırlanmasına maraqlarını itirmişdilər.