“Kaspersky” rəqəmsal təhlükələrin monitorinqi xidməti olan “Kaspersky Digital Footprint Intelligence” platformasını yeniləyib və brendin fırıldaqçılıqdan qorunması funksiyasını əlavə etdib. İndi xidmət şirkət sosial şəbəkələrdə və onlayn mağazalardakı tətbiqlərdə şirkət adlarından istifadə edən saxta hesabları izləməyə, müəyyən etməyə və silməyə imkan verir.
2022-ci ildə “Kaspersky” mütəxəssisləri istifadəçilərin fişinq mənbələrinə daxil olmaq üçün 500 milyondan çox cəhdini bloklayıb. Bu cür resurslardan istifadə edərək təcavüzkarlar məxfi məlumatları, o cümlədən brendlər adından istifadə etməklə oğurlayırlar. Bəzən fırıldaqçılar sosial şəbəkələrdə və tətbiq mağazalarında şirkət profillərini təqlid edirlər. Onlar tanınmış təşkilatların adlarından, o cümlədən saxta məhsulların satışı və ya istifadəçi məlumatlarının toplanması üçün istifadə edə bilərlər.
“Kaspersky Digital Footprint Intelligence” xidməti şirkətlərə dələduzların rəqəmsal izlərini izləməyə və bununla bağlı potensial riskləri və zəiflikləri müəyyən etməyə kömək edir. Açıq internet mənbələrini və qaranlıq interneti (dark web) izləmək və şirkətlərə mümkün zərərli fəaliyyət haqqında ətraflı məlumat verməklə xidmət müştərilərə və brend reputasiyasına xələl gəlməmişdən əvvəl təhdidləri aşkar edib aradan qaldırmağa imkan verir.
2023-cü ilin əvvəlində “Kaspersky Digital Footprint Intelligence” xidmətinə müxtəlif brend adlarından istifadə edərək fişinq saytlarını aşkar etmək, fişinq domenlərini ayırd etmək, eləcə də yazışmalar və kombinasiyalardan istifadə edən domenləri aşkar etmək funksiyaları əlavə edilib. Xidmətdən istifadə edən müştərilər real vaxt rejimində bu cür resurslar haqqında bildirişlər alırlar.
“Yeni funksiyalar sayəsində ‘Kaspersky Digital Footprint Intelligence’ şirkətlərin öz brendlərini qorumaq imkanlarını genişləndirir. Biz texnologiyalarımızdan, təcrübəmizdən və biliklərimizdən təşkilatlara təhlükəsizlik səviyyəsini artırmağa kömək etmək, onları potensial təhlükələr və zəifliklər haqqında faydalı məlumatlarla təmin etmək üçün istifadə edirik”, – deyə “Kaspersky Digital Footprint Intelligence” xidmətinin rəhbəri Yuliya Novikova bildirir.
“Bu təcrübə şirkətlərin öz kibermüdafiəsini növbəti səviyyəyə qaldırmağa kömək edəcək olduqca faydalı və aktual məsələdir. Təcavüzkarların böyük və nüfuzlu bir brendin arxasında gizlənərək asan inanan istifadəçiləri aldatması səbəbindən təşkilatların reputasiyası böyük dərəcədə zərərlə üzləşmək riski daşıyır. İndi bizneslər sosial şəbəkələrdə saxta hesabları operativ şəkildə müəyyən edə və onları hətta kimsə fırıldaqçıların tələsinə düşməmişdən əvvəl tez bir şəkildə silə bilərlər”, – deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.
“Kaspersky Digital Footprint Intelligence” xidməti təhdidlər haqqında məlumatlandırma sistemi “Kaspersky Threat Intelligence”in tərkibinə daxildir.
“Kaspersky Digital Footprint Intelligence” haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://dfi.kaspersky.ru/