Apple süni zəka sahəsindəki tədqiqatlara külli miqdarda vəsait xərcləyir

Apple şirkətinin rüb nəticələrinə həsr edilmiş növbəti hesabatı çərçivəsində məlum olub ki, şirkətin tədqiqatlara yönləndirmiş olduğu xərclər geridə qalmış 3 ay ərzində 14% yüksələrək 22.61 milyard dollar təşkil edib. Bunun əsas səbəblərindən biri də süni zəka mövzusuna olan diqqətin artmasıdır. Apple şirkətinin CEO-su Tim Cook bildirib ki, şirkət uzun illər ərzində süni zəka sahəsində araşdırmalar aparır və bu sahəyə külli miqdarda vəsaitlər xərcləyir.

“Biz artıq bir neçə ildir ki, generativ süni zəka da daxil olmaqla süni zəka texnologiyalarının geniş spektri üzrə tədqiqatlar aparırıq. Biz bu sahəyə investisiyalar yatırmağa və bu sahədə innovasiyalar reallaşdırmağa davam edəcəyik. Beləliklə biz öz məhsullarımızın bu cür texnologiya vasitəsilə inkişaflarını təmin edəcəyik” – deyə Tim Cook müsahibələrdən birində qeyd edib.