“Kaspersky”-nin biznes üçün “Endpoint Security” həlli AV-Comparatives laboratoriyasının sınaqlarının nəticələrinə görə qanunsuz müdaxilə cəhdlərinə qarşı 100% effektivlik göstərib. Məhsul son istifadəçilər və üçüncü tərəflər tərəfindən edilən dəyişikliklərdən özünü qoruya bilir, həmçinin xidmətləri, daxili prosesləri, faylları və reyestr qeydlərini, hətta imtiyazlı istifadəçilər tərəfindən edilsə belə, istənilən qeyri-qanuni müdaxilə cəhdlərindən müdafiə edir. “Kaspersky”-nin adı çəkilən həlli tədqiqat zamanı bütün hücumları uğurla dəf etməklə sertifikatlaşdırma tələblərinə cavab verib.
Biznesə kiberhücumlar zamanı təcavüzkarlar şirkətin infrastrukturu daxilində növbəti aktiv fəaliyyətlərə keçməzdən əvvəl adətən daxili təhlükəsizlik sistemlərini deaktiv etməyə çalışırlar. Buna görə də, təhlükəsizlik həlləri onları özünü təhlükədən qoruyacaq və bununla da hücumu aşkar edib dayandırmağa imkan verəcək mexanizmlərə malik olmalıdır.
2022-ci ildən etibarən AV-Comparatives şirkəti ixtisaslaşdırılmış tədqiqatlar, xüsusən də 2023-cü ildən başlayaraq Anti-Tampering sınağı keçirməyə başlayıb. O, Windows 10 platformasında işləyən təhlükəsizlik həlləri üçün yaradılıb və parametrləri söndürmək və ya dəyişdirmək, daha sonra isə korporativ şəbəkələrə hücum etmək məqsədilə istifadə edilən boşluqları tapmaq üçün düşünülüb. Təhlükəsizlik həllərinin tərtibatçıları sınaqmüəlliflərinin əvvəlcədən seçdiyi hücum üsullarından xəbərsiz olublar. Yalnız hücumların 100%-ni dəf edən həllər sertifikatlaşdırmadan uğurla keçə bilər. Hesabatlar isə yalnız bütün təhlükələrin öhdəsindən gələn məhsullar haqqında dərc edilir.
“Kaspersky” 2023-cü ilin aprelində biznes üçün “Kaspersky Endpoint Security” həllinin qanunsuzmüdaxilələrə qarşı effektivliyini yoxlamaq üçün sorğutəqdim edib və may ayında sertifikat alıb. Təhlükəsizlikhəlli onu söndürmək, silmək, parametrlərini dəyişmək, yeniləmə prosesini pozmaq və təcavüzkarların zərərlialətlərini “ağ siyahı”-ya salmaq cəhdlərini uğurla dəf edib.
“Kaspersky” müntəzəm olaraq həm real təhlükələrisimulyasiya edən müstəqil sınaqlarda, həm də xüsusitədqiqatlarda, o cümlədən “AV-TEST Ransomware” və “Fileless” testlərində öz texnologiyalarının effektivliyininümayiş etdirir. Həmçinin 2022-ci ildə “KasperskyEndpoint Detection and Response Expert” həlli “AV-Comparatives The 2022 OS Credential Demping: LSASSMemory Test” tədqiqatı çərçivəsində təşkil olunan “LSASS” hücumları zamanı sistem və ya domenin hesab məlumatlarını oğurluqdan etibarlı şəkildə qorumaqfunksiyasını təsdiqləyib.
“Biz daim müxtəlif müstəqil sınaqlarda iştirak edirik. Bu, bizim texnologiyalarımızı və məhsullarımızı təkmilləşdirmək üçün əla fürsətdir, nəticədə onlar yenitəhlükələrlə mübarizə apara bilir və eyni zamanda onların istifadəsi asanlaşır. Tədqiqat iştirakçıları “AV-Comparatives”-in müdaxiləyə qarşı qoruma keyfiyyətiniyoxlamaq üçün istifadə etməyi planlaşdırdığı üsullardanxəbərsiz idilər. Bu, sınaq nəticələrinin mürəkkəbliyini və dəyərini müəyyən edir. Biznes üçün “Kaspersky EndpointSecurity” hücum imkanlarını minimuma endirmək üçünmüdafiə vasitələrini fərdiləşdirmək və sərtləşdirmək üçünçeviklik təmin edən qabaqcıl texnologiya həllidir. Həllimizinbu tədqiqatda ən yüksək balı toplamasından dolayı qürurluyuq”, – deyə “Kaspersky”-nin Təhdidlərin Tədqiqatşöbəsinin rəhbəri Aleksandr Liskin qeyd edir.
“AV-Comparatives”-in təsisçisi və baş direktoru AndreasKlementi öz növbəsində bildirib: “2022-ci ildən etibarən ənənəvi sınaqlarımıza əlavə olaraq, biz təchizatçılara öz texnologiyalarında və məhsullarında nəyin təkmilləşdirilə biləcəyini anlamağa kömək etmək üçün xüsusi tədqiqatlar aparırıq. Qanunsuz müdaxiləyə qarşı qoruma keyfiyyətinin tədqiqində biz təhlükəsizlik həllərinin haker hücumlarına qarşı müqavimətini qiymətləndirmək üçün müxtəlif üsul və vasitələrdən istifadə etmişik. Biznes üçün ‘Kaspersky Endpoint Security’ bütün saxtakarlıq cəhdlərinin qarşısını alıb və əla nəticələr göstərib.”
Qanunsuz müdaxilədən qorunma keyfiyyətinin tədqiqatının nəticələrinə dair tam hesabata buradan baxa bilərsiniz. Biznes üçün “Kaspersky Endpoint Security” həlli haqqında ətraflı məlumat məhsulun rəsmi səhifəsindəmövcuddur.