Bill Gates: “Süni zəka ən innovasiyalı texnologiya olacaq”

Microsoft şirkətinin yaradıcılarından biri olan Bill Gates son zamanlarda süni zəka texnologiyasına necə müsbət yanaşdığı barəsində fikirlərini səsləndirib. İndi isə o, sözügedən texnologiyanın potensial riskləri barəsində fikirlərini söyləyib. Onun fikrincə süni zəka bizlərin həyatımızda görə biləcəyimiz ən innovasiyalı texnologiya olacaq. O düşünür ki, insanlar bu texnologiyanın uzunmüddətli perspektivdəki riskləri barəsində deyil, birbaşa olacaq riskləri barəsində düşünməlidirlər.

Bill Gates kalkulyatorun, avtomatik şəkildə çalışan mətn redaktorlarının və spamların ortaya çıxdıqları zamanlarda cəmiyyətin bu cür dəyişikliklərin öhdəsindən necə gəldiyi nümunələrini gətirib. Lakin o, uzunmüddətli perspetivdə üst zəkaya sahib süni zəka sistemləri və süni zəka ilə insanların məqsədlərinin bir-biriləri ilə toqquşmaları kimi risklərin ola biləcəklərini inkar etmir. Gates bildirib ki, süni zəka tərəfindən ola biləcək potensial risklərin aradan qaldırılması cəhdlərinin fonunda hal hazırda mövcud olan aktual problemləri nəzərdən qaçırtmaq lazım deyil. Onların arasında süni zəkanın təhsilə təsiri və dezinformasiya var. Gates həmçinin bu texnologiyanın sürətli və yavaş tənzimlənməsinə çağırışlar da edib.