Bloomberg saytı Apple şirkətinin Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının ilkin test nəticələri barəsində məlumatı təqdim edib. Məlum olub ki, şirkətin ilk MR cihazı bir sıra mənfi özəlliklərə sahibdir. Şirkət cihazda olan mənfi özəllikləri aradan qaldırmağa çalışır. Lakin çox güman ki, bu, istifadəçilərin əlavə xərcləri hesabına mümkün olacaq. MR cihazı test etmiş şəxslərə istinadən Bloomberg qeyd edib ki, Vision Pro gözlənildiyindən daha ağırdır. Testlərdə iştirak etmiş bəzi şəxslər ondan hətta 30 dəqiqə ərzində də istifadə edə bilməyiblər.
Bu problemi aradan qaldırmaq üçün Apple əlavə kəməri satışa çıxartmağı planlaşdırır. Əlavə kəmər başın arxa hissəsinin bir qədər yuxarısında yerləşmək üçün nəzərdə tutulub. Lakin şirkət əlavə kəmərin dizaynını hələ dəqiqləşdirməyib. Bununla yanaşı məlumatda qeyd edilib ki, MR cihazın ön hissəsi tez zamanda cızıqlarla örtülə bilir. Buna görə də şirkət MR cihazın ön hissəsi üçün nəzərdə tutulmuş qoruyucu örtüyü satışa çxıartmağı planlaşdırır.
Şirkət istifadəçilərə bu cihazdan hərəkətdə olan zaman istifadə etməməyi məsləhət görür. Belə ki, cihazın ön şüşəsi asanlıqla çatlama özəlliyinə sahibdir. İstifadəçi hərəkətdə olan zaman cihazın ön şüşəsi harasa dəyə və çatlaya bilər. Vision Pro-nun xarici batareyasının yerləşdirilməsi və daşınması üçün nəzərdə tutulmuş xüsusi keysin satışa çıxarılması da planlaşdırılır. Bütün bu aksesuarların hansı qiymətə satılacaqları məlum deyi