2023-cü ilin birinci rübündə SE Labs tərəfindən Kaspersky Plus, Kaspersky Small Office Security, biznes üçün Kaspersky Endpoint Security həlləri digər 15 şirkətin son nöqtə təhlükəsizliyi həlləri ilə birlikdə sınaqdan keçirilib. Bütün Kaspersky məhsulları ən yüksək ümumi bal toplayaraq və 100% səmərəlilik göstərərək ən yüksək AAA reytinqi qazanıb.
Sınaq zamanı həllər tanınmış üsullardan istifadə etməklə həyata keçirilən hədəfli hücumlardan tutmuş real poçt və internet təhdidlərinə qədər müxtəlif təhlükələrə məruz qalıb. Test həllərin real vaxtda təhdidləri nə qədər effektiv müəyyənləşdirdiyini və blokladığını və neçəsinin yalançı pozitiv verdiyini ortaya çıxarıb
Bütün Kaspersky həlləri Total Accuracy Rating üzrə ən yüksək 1144 bal toplayıb. Reytinq iki hissədən ibarətdir. Birincisi Protection Rating adlanır. Burada Kaspersky həlləri sistemi poza biləcək bütün təhlükələrin aşkarlanması, bloklanması və qarşısının alınmasından sonra maksimum 400 bal toplayıb. İkinci hissə Legitimate Software Rating adlanır. Kaspersky həlləri hər bir məhsulun istifadəçi ilə qarşılıqlı əlaqəsinə əsaslanaraq qanuni tətbiqləri və URL-ləri dəqiq təsnif etmək üzrə həmçinin maksimum 744 xal qazanıb.
Kaspersky SE Labs-ın hər bir rüblük testində iştirak edir. 2022-ci ildə şirkətin həlləri dörd bu tip sınaqdan üçündə birinci yeri tutub. Onlar 100% müdafiə nəticəsi göstərib, maksimal Total Accuracy Rating balı və ən yüksək ümumi AAA reytinqini əldə ediblər.
“Zərərli proqram daim inkişaf edir, ona görə də məlumatların itirilməsi və sızması, maliyyə riskləri, korporativ infrastrukturda xətalar və bir çox digər xoşagəlməz nəticələri azaltmaq üçün təşkilatlar və fərdlər üçün cihazlarını effektiv şəkildə qorumaq vacibdir. Biz daim yeni kibertəhlükələri aşkarlayır və tədqiq edirik, təhlükəsizlik texnologiyaları və məhsullarımızı təkmilləşdiririk. Biz 2016-cı ildən mütəmadi olaraq SE Labs testlərində iştirak edirik və əvvəllər, 2010-cu ildən onun sələfi Dennis Technology Labs tərəfindən aparılan sınaqlara qoşulurduq. SE Labs kibertəhlükəsizlik həllərinin çox mürəkkəb və real sınaqlarını həyata keçirir. Buna görə də məhsullarımızın uzun illərdir bu sınaqlarda öz effektivliyini sübut etməyindən dolayı qürurluyuq. Müntəzəm müstəqil sınaqlar sayəsində biz təkmilləşdirmə üçün sahələr tapırıq və müştərilərimiz və tərəfdaşlarımız Kaspersky həllərində ən yüksək müdafiə keyfiyyətinin müstəqil təsdiqidir”, – deyə Kaspersky-nin Təhdidlərin Tədqiqatı Şöbəsinin rəhbəri Aleksandr Liskin qeyd edir.
“Testlərimiz ən son hücum və təhdid növlərinə əsaslanır. Həllərin istifadəçilərin cihazlarını qorumaq qabiliyyətini qiymətləndirməklə biz satıcıların məhsullarını effektiv və müasir tələblərə uyğun şəkildə saxlamaq üçün nə qədər səy göstərdiyini görə bilərik. Kaspersky 2022-ci il ərzində olduğu kimi bu ilin birinci rübündə də əla nəticələr göstərib. Onun həlləri 100% təhlükəsizlik səviyyəsini sübut etməyə davam edir, şirkət isə öz məhsullarının imkanlarını davamlı olaraq təkmilləşdirməyə sadiqliyini nümayiş etdirir”, – SE Labs-ın Baş Direktoru Saymon Edvards öz növbəsində bildirib.
Test nəticələri haqqında tam hesabatı buradan görə bilərsiniz: “Kiçik biznes üçün məhsullar”, “İri biznes üçün məhsullar və “Ev istifadəçiləri üçün məhsullar”. Zərərli proqramlara qarşı müdafiədə maksimum effektivlik göstərən Kaspersky məhsulları haqqında biznes üçün Kaspersky Security , Kaspersky Small Office Security və Kaspersky Plus səhifələrində öyrənə bilərsiniz.