Youtube rəsmiləri vidseoservis üçün nəzərdə tutulmuş yeni funksiyadan danışıblar. Məlumatda qeyd edilib ki, yeni funksiya Youtube-dakı videolara süni zəka tərəfindən öncədən dublyaj edilmiş səsləndirməni əlavə etmək imkanını verəcək. Sözügedən yeni funksiya Google şirkətinin Google Area 120 inkubatorunda olan Aloud adlı layihə tərəfindən reallaşdırılıb. Sözügedən yeni funksiya çərçivəsində süni zəka alqoritmi videodakı danışıqları mətn formatına çevirərək videonun müəllifinə təqdim edəcək.
Müəllif isə öz növbəsində mətn ilə tanış olaraq istəyə uyğun düzəlişləri əlavə edəcək. Daha sonra alqoritm mətni lazım olan dilə tərcümə edəcək və onu səsləndirəcək. Məlumatda qeyd edilib ki, bu yeni funksiya artıq bir çox Youtube kanalı çərçivəsində test edilir. Hal hazırda yalnız ingilis dilindən ispan və portuqal dillərinə dublyaj aktivdir. Lakin gələcəkdə perspektivli dublyaj dillərinin sayı arta bilər. Süni zəka vasitəsilə hazırlanmış dublyaj öz növbəsində Youtube kanallarına öz istifadəçi kütlələrini artırmaq imkanını verəcək. Bu funksiyanın 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır.