Site icon TECHNIMUM

iPhone 14 və M2 prosessorlu Mac kompüterlərinin istifadəçi öz cihazlarını fərdi şəkildə təmir edə biləcəklər

Apple şirkəti Self Service Repair proqramını genişləndirdiyini elan edib. Qeyd etmək lazımdır ki, bu proqram istifadəçilərin Apple cihazlarını fərdi şəkildə təmir etmələri üçün nəzərdə tutulub. Şirkətin verdiyi məlumata əsasən bundan sonra istifadəçilər Self Service Repair proqramı çərçivəsində özlərinin iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro, iPhone 14 Pro Max smartfonlarını, M2 prosessoruna sahib 13 düym ekranlı MacBook Air, 14 düym və 16 düym ekranlı MacBook Pro noutbuklarını fərdi şəkildə təmir edə biləcəklər. Bundan əlavə olaraq şirkət iPhone 12, iPhone 13 smartfonları və M2 prosessoru vasitəsilə çalışan bəzi Mac kompüterləri üçün True Depth kameraları və səsgücləndiriciləri satmağa başlayıb. İstifadəçilər adları sadalanmış bu məhsullar üçün orijinal detalları, təmir alətlərini və təmir təlimatlarını şirkətdən sifariş edə bilərlər.

Exit mobile version