Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib

Mastercard-ın Azərbaycan üzrə nümayəndəliyinə rəhbərlik etmiş Emil Zeynalov rəsmi olaraq Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri kimi yeni vəzifəsinin icrasına başlayacaq.

Emil Zeynalov 6 ildən artıqdır ki, Mastercard-la birlikdədir və Azərbaycanda biznesin inkişafı və əlaqələrin idarə olunmasında müstəsna rola sahibdir. Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirib: “Uğurumuzda Emil Zeynalovun töhfələri əvəzolunmazdır. Onun bazarı dərindən anlaması və güclü liderlik bacarıqları böyüməmizə təkan verməklə yanaşı Azərbaycanda mövcudluğumuzu gücləndirməkdə də mühüm rol oynayıb. Onu yeni Mastercard Azərbaycan üzrə Ölkə Meneceri vəzifəsində görməyə çox şadıq və onunla komandamızın daha böyük nailiyyətlərə imza atacağından tam əminik”.

“Mastercard daima bazarda strateji liderliyə və davamlı inkişafa sadiqliyini nümayiş etdirir. Ümid edirəm ki, bu sahədə olan təcrübəm və biliklərim mənə Azərbaycanda innovasiyaların idarə edilməsi, güclü tərəfdaşlıq münasibətlərinin inkişafı və müstəsna ödəniş həllərinin tətbiqində şirkətin səylərinə rəhbərlik etməyə kömək edəcək”, – deyə öz növbəsində Emil Zeynalov qeyd edib.

Emil Zeynalov haqqında:

Emil Zeynalov öz karyerasına Rusiyada fəaliyyət göstərən Credit Europe Bankında başlayıb. Daha sonra o, Azərbaycanda yerli kommersiya banklarında müxtəlif vəzifələrdə çalışıb.

O, 2016-cı ildən etibarən Azərbaycanda Mastercard-ın nümayəndəsi kimi fəaliyyət göstərib.

Mastercard (www.mastercard.com) haqqında

Masterсard ödəniş sənayesi   sahəsində   fəaliyyət   göstərən   qlobal   birtexnologiyaşirkətidir. Bizim missiyamız əməliyyatları daha təhlükəsiz, sadə,ağıllı  və əlçatan etməklə hər kəsə hər yerdə faydalı  olan əhatəli, rəqəmsaliqtisadiyyat   yaratmaq   və   onu   gücləndirməkdir.  Təhlükəsiz  məlumatlar   vəşəbəkələr , tərəfdaşlıqlar və  istəkdən istifadə edərək  bizim innovasiya vəhəllərimiz   fərdlərə,   maliyyə   institutlarına,   hökümətlərə   və  şirkətlərəözlərinin ən böyük potensialını  reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və  şirkət daxilində və xaricindəgördüyümüz   hər  bir  işə stimul verir. Biz, 210-dan  çox  ölkə və bölgədəkibağlantılarımızla hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünyaqururuq.