Like, share, repost: Kaspersky-nin onlayn təhlükəsizliyin bazaprinsipləri haqqında yoxlama siyahısı

Azərbaycanda rəqəmsal təhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərinə baxmayaraq, ilin birinci rübündə bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına əməl etməyib və haker hücumlarının qurbanına çevriliblər. Həmçinin qeyd edilir ki, təcavüzkarların qurbanları internetdən istifadə zamanı informasiya təhlükəsizliyi və şəxsi kibergigiyena qaydalarına əməl etməyən vətəndaşlardır.

Kaspersky-nin sorğusu həmçinin təsdiq edir ki, işçilər arasında rəqəmsal savadlılığın aşağı səviyyəsi və kiberhücumlar nəticəsində məlumatların sızması əsas kibertəhlükəsizlik problemləri hesab olunur. İnformasiya təhlükəsizliyinə getdikcə artan diqqət biznes liderlərini gələcək və ya hazırkı təchizatçıların şəffaflıq siyasətini ən ön sıraya qoymağa məcbur edir.

İnternet ünsiyyət vasitəsi, yeni bilik və operativ məlumat mənbəyidir. Bununla belə, şəbəkədən ehtiyatsız istifadə problemlərə səbəb ola bilər. Məlumatların oğurlanması, şəxsi məlumatlara giriş, maliyyə vəsaitlərinin ələ keçirilməsi istifadəçiləri gözləyən təhlükələrdən yalnız bir neçəsidir.

Yüksək məşğulluq və bəzən sayıqlığın azalması səbəbindən insanlar fırıldaqçıların tələsinə düşür və çox vaxt öz hərəkətləri ilə təkcə yaxınlarını deyil, bütöv təşkilatları təhlükə ilə üz-üzə qoyurlar.

“Sizi və yaxınlarınızı onlayn müdaxilələrdən qorumağa kömək edəcək çox sadə qaydalar var. Əgər onların hamısını yadda saxlamaq mümkün deyilsə, çap edib iş masanızda gözünüzün önündə saxlaya bilərsiniz. Ehtiyatlı olmaq üçün əlavə xatırlatma ziyan olmaz”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov izah edir.

  1. Hər zaman yalnız mürəkkəb şifrələrdən istifadə edin: şifrə nə qədər mürəkkəb olarsa, təcavüzkarların onu sındırma şansı bir o qədər az olar.
  2. İstənilən iş məlumatı məxfi ola bilər: hətta üzərində heç bir işarə və möhür olmasa belə. Buna görə də, sosial şəbəkələrdə işiniz haqqında paylaşımları minimuma endirməyə çalışın.
  3. Heç vaxt bank kartı məlumatlarınızı tanımadığınız şəxslərə verməyin: əgər sizdən telefon və ya e-poçt vasitəsilə kart məlumatları istənilirsə və ya kənar hesaba pul köçürmək təklif edilirsə – tez və hər hansı bir bəhanə ilə fikrinizi cəmləyin. Dəstəyi qoyun və təşkilatın rəsmi saytında göstərilən nömrə ilə banka zəng etmək daha yaxşı seçimdir. Zəng gələn nömrə ilə banka geri zəng etməyin.
  4. İki faktorlu autentifikasiyanı quraşdırın. O, gündəlik ünsiyyətə mane olmur, lakin hesab manipulyasiyası və ya yeni cihazdan daxil olmaq cəhdi halında sizdən əlavə şifrə daxil etməyi xahiş edəcək. Bu əlavə qoruyucu təbəqə kimi çıxış edəcək.
  5. Elektron məktublara əlavə edilmiş funksional faylları açmayın: icra olunan faylın – .exe, .js, .bat, .vbs və ya hər hansı bir digərinin işə salınması zərərli proqram təminatının cihaza quraşdırılmasına səbəb ola bilər.
  6. Proqramları yalnız tərtibatçıların rəsmi saytlarından quraşdırın: qeyri-rəsmi mənbələr yoluxmuş proqram təminatı yaya bilər.
  7. Vacib resurslar üçün şifrələri brauzerdə saxlamayın: vacib resurslara e-poçt, onlayn bank şəxsi hesabı, sosial şəbəkə hesabları daxildir.
  8. Məlumatlarınızı hər hansı bir sayta daxil etməzdən əvvəl mütləq onun həqiqiliyini yoxlayın: təcavüzkarlar tez-tez onların köməyi ilə login və şifrələrinizi tapmaq üçün məlumat daxiletmə formalarını saxtalaşdırırlar.
  9. Linkə klikləməzdən əvvəl həmişə onun həqiqiliyini yoxlayın: kursoru linkin üzərinə gətirin və brauzerin aşağı sol küncünə baxın: orada əsl ünvan göstəriləcək.
  10. Kompüteriniz işə salındıqda antivirus həmişə aktiv olmalıdır: əgər hansısa proqram sizə antivirusunuzu müvəqqəti olaraq söndürməyi təklif edirsə, bu proqramı quraşdırmayın.
  11. Proqramlar yalnız şirkətin İT mütəxəssislərinin köməyi ilə iş kompüterinə quraşdırıla bilər: icazəsiz quraşdırma virusun və ya casus proqramın iş cihazına daxil olmasına səbəb ola bilər.
  12. Hesabınızın sındırıldığından şübhələnirsinizsə, dərhal şifrənizi dəyişdirin: şifrənizi dəyişdirmək cəmi 5 dəqiqə çəkəcək, lakin siz təcavüzkarı dayandıracaqsınız.
  13. Mobil cihazınızda əməliyyat sistemi və brauzeri mütəmadi olaraq yeniləyin: hər bir yeniləmə hansısa təhlükəsizlik zəifliyini aradan qaldırır.