Nar 5G sürətini Sumqayıta gətirdi!

Nar ultra sürətli 5G texnologiyasını Sumqayıt şəhərində test rejimində təqdim edir. Bununla da, Nar 5G texnologiyasını paytaxtdan kənara gətirən ilk mobil operator olub. Abunəçilər 5G texnologiyasını dəstəkləyən şəxsi mobil telefonları ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi 34 ünvanında yerləşən Nar mağazasında şəbəkəyə qoşula və ya mağazada şəbəkəyə qoşulmuş cihazlardan istifadə edərək 5G sürətini sınaqdan keçirə bilərlər.

İlk dəfə 5G şəbəkəsinə qoşulan Nar abunəçiləri *775#YES şifrəsini yığmaqla 10GB həcmində pulsuz 5G internet paketi əldə edə bilərlər ki, bu da onlara gün ərzində həmin ərazidə 5G sürətini sınaqdan keçirməyə imkan verəcək.

“Abunəçilərimiz üçün mümkün ən yaxşı rəqəmsal təcrübəni təmin etmək üçün ilk dəfə olaraq paytaxtdan kənarda-Sumqayıtda 5G texnologiyasını təqdim etməkdən qürur duyuruq. Əminik ki, bu yenilik müştərilərimizə yeni rəqəmsal imkanları araşdırmaq üçün əla fürsət yaradacaq”, – deyə Narın Baş İcraçı direktoru Qunnar Panke bildirib.

Qeyd edək ki, hal-hazırda keyfiyyətli və kəsintisiz Nar şəbəkəsi ölkə ərazisinin 98%-ni, əhalinin isə 99%-ni əhatə edir.