Azərbaycanda valideynlərin 75%-i uşaqları haqqında internetəməlumat yerləşdirmək üçün onların özündən icazə almır

Kaspersky-nin məlumatına görə*, Azərbaycanda valideynlərin 40%-i sosial şəbəkədə öz
uşaqları ilə birgə paylaşımlar edir, foto və videolar bölüşürlər. İnternetdə böyüklər
uşaqlarının hobbilərini (35%) və həyatlarından hekayələri (30%) paylaşırlar. Həmçinin,
hər dördüncü valideyn şəbəkədə uşaqlarının adını qeyd edir, hər beşinci isə
geolokasiyanı göstərir – fotoşəkilin çəkildiyi yeri işarələyir. Eyni zamanda,
respondentlərin dörddə üçü (75%) bunu icazəsiz edir, yəni onlar uşaqlardan onlar
haqqında məlumatın internetdə paylaşılması ilə razılaşıb-razılaşmadıqlarını
soruşmurlar.
Valideynlərin fikrincə, uşaqların özləri ən çox ictimaiyyətə açıq mənbələrdə şəxsi
fotoşəkillər və hobbiləri (hər biri 40%) haqqında mesajlar paylaşırlar; gənc istifadəçilərin
demək olar ki, üçdə biri (30%) haqqında yaş, məktəb nömrəsi və / və ya mobil telefon
nömrəsi, həmçinin mənzil şəraiti haqqında məlumatlar da görmək olar.
“Valideynlərin övladlarının fotoşəkilləri və uğurlarını paylaşmaq istəyi təəccüblü deyil –
bəzən övladla qürur duymaq istəyirik. Əlbəttə ki, böyüklər heç də həmişə uşaq
haqqında məlumat yerləşdirməyə görə onun özündən razılıq istəmir və bu da adətən
onun yaşına görə baş verir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndə
Müşviq Məmmədov bildirir. “Lakin yadda saxlamaq lazımdır ki, həddən artıq şəxsi
məlumatın ictimaiyyətə açıq mənbələrə yerləşdirilməsi fəlakətli nəticələrə səbəb ola
bilər. Məsələn, təcavüzkar uşağın inamını qazanmaq üçün onun adı və hobbisi
haqqında məlumatdan istifadə edə bilər. Bu gün 15 may, bütün dünyada Beynəlxalq Ailə
Günü kimi qeyd olunur. Bu gün hər kəsi bir-birinə qayğı göstərməyə: valideynləri riskləri
düzgün qiymətləndirib yaxşı nümunə göstərməyə, gənc şəbəkə istifadəçilərini isə
rəqəmsal sərhədləri qorumağa və şəxsi məlumatların qayğısına qalmağı öyrənməyə
səsləyirik”.
*Sorğu 2022-ci ilin dekabrında ERA Marketinq Mərkəzi tərəfindən aparılıb. “Face-to-
face” (üzbəüz) metodu əsasında Bakı, Gəncə və Sumqayıt şəhərlərinin
kiberfırıldaqçılıqla üzləşmiş sakinləri sorğuya cəlb ediliblər. Sorğuda yaşı 18-dən yuxarı
olan 300 nəfər iştirak edib.