Qətər Olimpiya Komitəsi idman tədbirlərinin və təşkilatın infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün bir sıra Kaspersky həllərini tətbiq edib. Onların arasında iş yerlərinin təhlükəsizliyini təmin edən biznes üçün Kaspersky Endpoint Security, mürəkkəb hədəfli hücumlardan qoruyan Kaspersky Anti Targeted Attack platforması və Kaspersky Private Security Network həlli var. Həmçinin, İT infrastrukturu indi təhdidlər haqqında məlumat axınları ilə işləmək üçün Kaspersky CyberTrace alətindən və insidentlərə cavab vermək və təhlükəsizlik sistemi pozuntularının nəticələrini aradan qaldırmaq üçün Kaspersky Incident Response xidmətindən istifadə edir.
Kaspersky məhsulları ilə Qətər Olimpiya Komitəsi kiber insidentləri daha tez aşkarlamaq, qarşısını almaq və onlara reaksiya vermək imkanına malik olacaq. Komitənin İT mütəxəssisləri indi real vaxt rejimində təhdidlər üzrə kəşfiyyat aparmaq və Kaspersky-nin məlumatlarını digər resursların məlumatları ilə müqayisə etmək, insidentləri təcrid, təhlil və tətbiq etməzdən əvvəl müxtəlif cavab ssenarilərini sınaqdan keçirmək imkanı əldə edirlər. Bu, Komitənin İT mütəxəssislərinin fəallığını artıracaq və onlara şəbəkədə və son cihazlarda təhlükələri əl ilə axtarmağa imkan verəcək.
“Bütün dünya üzrə kiberhücumların sayı və mürəkkəbliyi artır və Qətər də istisna deyil. Biz kibertəhlükələrin aşkarlanma səviyyəsini əhəmiyyətli dərəcədə artırmışıq. İndi onların qarşısını daha effektiv şəkildə ala bilərik. Uzunmüddətli tərəfdaşımız olan Kaspersky gözləntilərimizi üstələyib. Biz məhsullarımızın etibarlılığına və onları inkişaf etdirən insanlara güvənirik. Bu amillər sayəsində təhlükəsiz bütöv ekosistem yarada bilmişik”, – deyə Qətər Olimpiya Komitəsinin İnformasiya Təhlükəsizliyi üzrə Məsləhətçisi Rəşid Əl Nəhlavi qeyd edir.
“İdman təşkilatları pul və məlumat baxımından təcavüzkarlar üçün cəlbedici hədəfdir. Qətər Olimpiya Komitəsinin bizi tərəfdaş seçməsi ilə fəxr edirik. Kaspersky həlləri infrastruktur təhlükəsizliyini artırır. Məqsədimiz Qətər Olimpiya Komitəsinin İT komandalarına kibertəhlükələrlə operativ işə diqqət yetirmək əvəzinə, daha məhsuldar, təşəbbüskar olmağa və əsasən təşkilatın prioritetlərinə köklənməyə kömək etməkdir”, – deyə Kaspersky-nin korporativ biznes direktoru Kirill Astraxan öz növbəsində bildirir.