Bayram tətilində uşaqların internet təhlükəsizliyi ilə bağlı tövsiyələr

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov bayram tətilində uşaqların internet təhlükəsizliyi ilə bağlı tövsiyələrini açıqlayıb. Bayram günlərində uşaqları internetdə lazımsız alış-verişdən necə qorumaq olar?
Uşaqlar bayram günlərində internetdə necə səmərəli vaxt keçirə bilər?
Tətil günlərində bir çox uşaqların internetdə, o cümlədən alış-veriş saytlarında vaxt keçirmək imkanları daha çoxdur. Gənclərin getdikcə daha çox onlayn alış-verişə meyl etdiyini başa düşmək valideynlərə maliyyə fırıldaqlarına qarşı mübarizə da daxil olmaqla, onların müdafiəsini təmin etməyə hazırlaşmaq imkanı verir. Uşaqlara cəlbedici, lakin şübhəli yazılara məhəl qoymamağı, məlumat mənbələrinə həssas yanaşmağı, onlayn fəaliyyət zamanı şəxsi sərhədlərini saxlamağı və şəxsi məlumatları sosial şəbəkələrdə dərc etməməyi öyrədin.

Əgər uşağın öz cihazı yoxdursa və o, sizinkindən istifadə edirsə, onda tətil dövrü üçün onlayn ödəniş funksiyalarını bloklamaq daha yaxşıdır. Əgər uşaqlar artıq yetkindirlərsə, onlarla onlayn mal və xidmətlərin necə alınacağını müzakirə etmək və bəzən bunu yalnız böyüklərlə birgə etməyin lazım olduğunu izah etmək lazımdır.

Amma gənclər təkcə alış-verişə deyil, həm də oyunlara, musiqilərə, videolara, dostlarla ünsiyyətə maraq göstərə bilər. Yəni uşaq vaxtını onun üçün maraqlı olan, ehtiyaclarını ödəyən şeylərə sərf edir. Belə bir əyləncə müəyyən dərəcədə səmərəli olur. Ancaq bəzən uşaqlar uyğun olmayan məzmunla qarşılaşa bilərlər. Bu halda, uşaq ilk smartfon və ya planşetini əldə etdiyi andan valideyn nəzarəti proqramlarından və ya xüsusi parametrlərdən istifadə etməyi tövsiyə edirik. Uşağın 6-7 yaşına qədər internet təhlükəsizliyi mövzusu ailəniz üçün adi hala çevrilməlidir, məsələn, metroda və ya yolda olan zaman əməl etməli olduğu davranış qaydalarının müzakirəsi kimi.