Həftəsonları evdə dincəlmək və əylənmək üçün əla vaxtdır. Axı dünyada hələ də izləmədiyiniz o qədər gözəl filmlər və seriallar var. Kibertəhlükəsizlik və internetdə sağ qalmaq qaydaları haqqında hər şeyi əvvəlcədən bilən insanlar – Kaspersky mütəxəssisləri sizin üçün maraqlı seriallar seçiblər.
Şəbəkə (2008)
Eyni xüsusi məktəbin məzunu olan iki yaxın dost 90-cı illərdə işsiz qalır və hakerlik etməyə başlayırlar. Amma biri yenidən “təmiz” işə yəni informasiya təhlükəsizliyi sahəsinə qayıdır, digəri isə cinayətkar olaraq qalır. Çox həyati dramdır.Film barədə başqa bir maraqlıi fakt: məhz bu serialda Yevgeni Kasperski aktyor kimi debüt edib və öz-özünü uğurla canlandırıb.
Cənab Robot / Mr Robot (2015–2019)
Hakerlər haqqında bir çox filmlər texniki nöqsanlar baxımından uğursuz olur. Bu mənada “Cənab Robot” öz müsbət cəhətləri ilə fərqlənir: serialın yaradıcıları texniki detalların işlənməsi üçün serialın istehasalına informasiya təhlükəsizliyi üzrə mütəxəssislərdən ibarət bütöv bir komanda cəlb ediblər. Ekspertimiz Kostin Raidən bu serialın İT komponent reallığını 0-dan 10-a qədər şkala üzrə qiymətləndirməyi xahiş etdikdə o, bu ekran əsərinə 9,5 bal verib və qeyd edib ki, əksər səhnələrdə haker alətlərinin ustalığı nümayiş etdirilir.
Qeyri-mövcud bir dostu ilə danışan qəhrəman “Döyüşçü Klubu”, “Pi” və sistemə qarşı döyüşənlərin qarabasmalar və ya çoxsaylı şəxsiyyət pozğunluğundan əziyyət çəkdiyi bir çox digər filmləri xatırladır. Hər bir halda, haker üsulları üzrə vizual yardım axtarırsınızsa, “Cənab Robot”a baxmağa dəyər.
Silikon Vadisi / Silicon Valley (2014–2019)
Komediya müasir dövrdə kiberpankın var olması üçün ən uğurlu janrdır. Keçmişin kinorejissorları gələcəyi proqnozlaşdırmağa çalışarkən yüksək texnologiyaya çox ciddi yanaşırdılar. Əgər onların əlində süni intellekt olsaydı, o, asanlıqla bütün dünyanı öz əsarəti altına alardı. Bu depressiv format hələ də “Qara güzgü” və “Wild West World” seriallarında istifadə olunur. Amma reallıq budur ki, kiberpankın gələcəyi artıq buradadır və bu yüksək texnologiya ideal bir super güc deyil, bir çox gündəlik səhvlər və nöqsanların toplusudur.
“Silikon Vadisi” serialı məhz bundan bəhs edir. Serialın qəhrəmanları real, çox yüksək texnoloji dünyada yaşayan və mütəmadi olaraq təkcə proqramları deyil, həm də köhnəlmiş biznes sxemlərini, əxlaq normalarını və öz vərdişlərini sındırmaq məcburiyyətində qalırlar. Onlar 80-ci illərdə həvəsli kəşfiyyatçı anlamına gələn sözün ilkin mənasında hakerlərdir. İdeal olmayan dünyanı araşdırmaq isə əyləncəlidir!
Rus hakerləri: Başlanğıc (2021)
Bu yaxınlarda hakerlər haqqında ilk rus sənədli serialı işıq üzü görüb. Serialın rejissoru tanınmış jurnalist Andrey Loşakdır. Onun əvvəlki işi olan “Holivar” rus internetinin yaradılmasından az adamın bildiyi təfərrüatlar vasitəsilə bəhs edir. Bəzən bu vasvasılıq Andreyin filmlərinin yayılmasına belə mane olur. “Rus hakerləri”nin başına da eyni şey gəlib.
Serial üzərində iş çoxdan başa çatsa da, 80-90-cı illərdə işləmiş rus bank kartı dələduzlarının yeraltı dünyası haqqında yalnız ilk üç seriyanı onlayn izləyə bilərsiniz. Serialın daha müasir hakerlər və onların tanınmış iş adamları və kəşfiyyat orqanları ilə əlaqələri haqqında olan qalan hissəsi hələ nümayiş olunmayıb.