Kaspersky: Uzaqdan iş zamanı kibergigiyena qaydalarına necə əməl etməli?
Koronavirus pandemiyası həyat tərzinə, o cümlədən işə qarşı münasibətə öz təsirini göstərib. Belə ki, Deloitte şirkətinin 2021-ci ilin mart ayında apardığı araşdırmaya görə, uzaqdan işin məhsuldarlığının nə qədər dəyişdiyini soruşduqda respondentlərin üçdə biri (29%) məhsuldarlığın artdığını, 18 faizi isə hətta əhəmiyyətli dərəcədə artdığını bildirib. PricewaterhouseCoopers-in bənzər araşdırması isə göstərib ki, doqquz ay uzaqdan işlədikdən sonra işçilərin məhsuldarlığı yüksəlib. Üstəlik, bir çox işçi artıq ofisə qayıtmağa can atmır və işəgötürənlərin təxminən 15%-i artıq işçilərə istənilən yerdən işləməyə icazə verir.
Azərbaycanda da pandemiya təsirsiz ötüşməyib, o cümlədən kibertəhlükəsizlik sahəsinə də öz təsirini göstərib. Belə ki, Kaspersky hücumların sayının artımını şərh edərək, ölkədə kibergigiyena səviyyəsinin və onun haqqında məlumatlılığın yüksəldilməsinin vacibliyini vurğulayır.
Uzaqdan çalışan işçilərə rəqəmsal gigiyena qaydalarını necə öyrətməli?
Həll yollarından biri Kaspersky Automated Security Awareness platformasında informasiya təhlükəsizliyi üzrə distant təlim təşkil etməkdir. Bu, nəinki işçilərə müasir təhlükələr barədə məlumat verməyə, həm də onlarla mübarizə aparmaq üçün praktiki bacarıqlar aşılamağa imkan verir. Bununla yanaşı, idarəçi prosesi uzaqdan idarə edə və təlim proqramını təyin edə bilər. Dərslər təhsil və psixologiya sahəsini təmsil edən mütəxəssislərin iştirakı ilə yaradıldığı üçün onları yadda saxlamaq asandır və tələbələri yormur.
İşçilərin rəqəmsal savadlılığını necə təmin etməli?
Yeni biliklər əldə etdikdən sonra onları qoruyub saxlamaq da vacibdir. Tədqiq olunanlara mütəmadi istinad məlumatı uzunmüddətli yaddaşda saxlamağa və onu şəbəkədə şübhəli fəaliyyət zamanı istifadə etməyə kömək edəcək. Bunu etmək üçün korporativ həyatda, hətta uzaq bir yerdə belə təşkil edə bilərsiniz:
- Kibertəhlükəsizlik günü: bu gün işçiləri ofisə toplamaq və ya onlayn tədbir təşkil etmək
- İş masası üçün tematik divar kağızları və ya ev üçün plakatlar hazırlamaq (məsələn, afişalar və ya komikslər)
- İşçilər üçün onlayn müsabiqələr və ya şöbələr arası yarışlar keçirmək
- E-mail göndərişləri hazırlamaq (kiberinsidentlər, aktual dələduzluq sxemləri haqqında)
- Kibertəhlükəsizlik kursundan əldə edilən bilikləri mütəmadi olaraq “yeniləmək” (işçinin ən çox səhv etdiyi mövzular üzrə vaxtaşırı sınaqdan keçirilməsi kifayətdir).