Bundan sonra Azercell Telefon Mərkəzinə zəng edən abunəçiləri Aİcell adlı Virtual Assistent salamlayacaq
Azercell ölkənin telekom bazarında ilk Telefon Mərkəzi VirtualAssistent xidmətini- Aİcell-i məmnuniyyətlə təqdim edir! Bu texnoloji yenilik Süni İntellekt əsasında çalışır vəabunəçilərimizin müştəri təcrübəsini zənginləşdirmək üçün tərtib olunub.
Xidmətin pilot mərhələsində Azercell Telefon Mərkəzinə zəng edən abunəçilərimizi Aİcell adlı Virtual Assistent salamlayacaqvə müştərinin sual və istəyini öyrənərək zəngi operatora yönləndirəcək. Azercell tədricən Virtual Assistentin ünsiyyət funksiyalarını və xidmət imkanlarını genişləndirərək, abunəçiistəklərini daha fərdiləşdirilmiş şəkildə həll etmək üçün şərait yaradacaq.
Qeyd edək ki, səs emalı botları telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunur. Layihənin ən vacib və maraqlı aspektlərindən biri isə Virtual Assistentin Azərbaycan dilindətam spektrli xidmət göstərməsidir ki, bu isə öz növbəsindəmüştərilərə yeni təcrübə imkanları yaradacaq.
“Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə əsaslanaraq ölkədə innovativ həllər və rəqəmsal xidmətlərin tətbiqini davam etmək niyyətindədir.