Maraqlı vaxt keçirmək və dəyərli hədiyyələr qazanmaq istəyənlər üçün “Nar” bölgələrdə əyləncədolu yay kampaniyasını davam etdirir. Növbəti kampaniya avqustun 19-u Qubada, 21-də isə Mingəçevir şəhərində keçiriləcək.
Tətilinizə rəng qatmaq istəyirsinizsə, sevdiklərinizlə birgə “Nar”ın yay kampaniyası üçün özəl hazırladığı oyunlara qoşulubəylənərək hədiyyələr qazana, xüsusi köşkdə xatirələrinizi fotolara həkk edə bilərsiniz. Onlayn müsabiqələri sevən abunəçilər isə “Nar”ın sosial media səhifələrindəki yarışlara qoşularaq yay kampaniyasının yekununda keçiriləcək musiqili festivala bilet qazana bilərlər.
Yay kampaniyası ilə bağlı yeniliklərdən kampaniyanın rəsmi simaları olan İradə Qədirova (Instagram: irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfovu(Instagram: jafarnajafov) izləməklə xəbərdar ola bilərsiniz.