Lider mobil operator bölgə sakinlərini yeni məhsulları ilə tanışetdi!
İyul ayının 12-dən etibarən regionlarımızı “Bölgələrə daha yaxın” şüarı altında gəzən Azercell səfərlərini uğurla tamamladı. Özündə silsiləvi tədbirləri cəmləşdirən kampaniya 2 həftə boyunca davam etdi. Xaçmaz, Quba, Şəki, Gəncə, Bərdə, Cəlilabad da daxil olmaqla ümumilikdə 14 bölgəni əhatə edən tədbirdə abunəçilərə yeni məhsullar və xidmətlər təqdim olundu. Kampaniya çərçivəsində sonuncu görüş isə iyul ayının 25-də Füzuli rayonunda baş tutdu.
Aksiyanın davam etdiyi müddət ərzində bölgədəki abunəçilər ilə sıx ünsiyyət yaradılaraq onların bütün sualları cavablandırıldı. Azercell tədbir ziyarətçilərini maraqlı təkliflər ilə tanış etdi, qonaqlar üçün müxtəlif oyunlar keçirildi və hədiyyələr paylanıldı.
Kampaniya müddətində lider mobil operator rəsmi Instagram səhifəsində də müxtəlif müsabiqələr keçirərək izləyicilərinə internet paketləri qazanmaq imkanı yaratdı.
Ölkənin lider mobil operatoru Azercell abunəçilərini yeni layihələri ilə sevindirməyə davam edəcək!