2021-ci il ərzində Kaspersky həlləri müdafiə həllərinin iştirak etdiyi 75 müstəqil sınaq nəticələrinə görə 63 dəfə ilk üçlüyə daxil olub, o cümlədən, 57 dəfə birinci yeri tutub.
İlk üçlük göstəricisi məhsulların təqvim ili ərzində sınaqlardan nə dərəcədə yaxşı keçdiyini əks etdirir. Bu qiymətləndirmə ayrıca bir məhsulun ayrıca keçirilmiş sınaqlarda bir dəfəlik nəticələrindən daha üstündür. Göstərici AV-Comparatives, AV-TEST, SE Labs və digərlərinin həyata keçirdiyi müstəqil test nəticələrinə əsasən hesablanır.
Kaspersky-nin biznes və ev istifadəçiləri üçün həlləri 2021-ci il də bir çox mükafatlara layiq görülüb. Məsələn, Kaspersky Endpoint Security Cloud məhsulu fidyə proqramlarına qarşı müdafiədə öz imkanlarını 100%-lik dərəcə ilə göstərib, biznes üçün Kaspersky Endpoint Security isə Best Protection, Best Performance, Best Usability kateqoriyalarında növbəti mükafatları qazanıb. Kaspersky Endpoint Detection and Response SE Labs-dan ən yüksək AAA mükafatını alıb: məhsul sınaq zamanı simulyasiya edilən 16 hədəfli hücumun hamısını aşkarlayıb və heç bir yalnış müsbət nəticə göstərməyib. IDC araşdırma agentliyi biznes üçün Kaspersky Endpoint Security həllini əsas bazar oyunçuları (Major Player) siyahısına daxil edib.
Ev istifadəçilərinin istifadə etdiyi həllərə gəldikdə, Kaspersky Internet Security həlli AV-TEST tərəfindən yenidən illik Best Protection və Best Performance mükafatına layiq görülüb, kriptoqraflara qarşı müdafiə həllərinin genişləndirilmiş sınağında Advanced səviyyəsinə çatıb, AV-Comparatives-dən illik Top Rated mükafatını qazanıb, həmçinin ikinci və dördüncü rüblərdə müntəzəm testlərdə 100% səviyyəsində müdafiə imkanları nümayiş etdirərək SE Labs tərəfindən AAA reytinqinə layiq görülüb. Kaspersky Safe Kids həlli yenidən AV-TEST tərəfindən Approved nişanı ilə mükafatlandırılıb.
2013-cü ildən etibarən Kaspersky həlləri 741 müstəqil test və icmalda iştirak edib, 518 dəfə birinci yeri qazanıb və 612 dəfə ilk üçlüyə daxil olub.
”Müstəqil testlərdə fasiləsiz iştirak müdafiə həllərinin tərkibində istifadəçilərə çatan texnologiyaların hazırlanması prosesinin ayrılmaz hissəsidir. Məhsullarımızın inkişafı üçün imkanları müəyyən etmək və son nəticədə kibetəhdidlərə qarşı yüksək müdafiə səviyyəsi təmin etmək üçün əldə olunan nəticələri təhlil edirik. 2021-ci ilin test nəticələri ilə qüruru duyuruq, onlar bizim həll və texnologiyalarımızın üstün keyfiyyətini bir daha sübut edir”, – deyə Kaspersky-nin təhdidlərin araşdırlılması şöbəsinin rəhbəri Aleksandr Liskin bildirib.
https://www.kaspersky.ru/top3 saytında test metodologiyası və prosesi haqqında ətraflı öyrənə, həmçinin ilk üçlük iştirakçılarının tam siyahısını görə bilərsiniz.