“Azercell Telekom” MMC Ukraynada davam edən durumla əlaqədar Azərbaycandan bu istiqamətdə tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 26-na (26.03.2022 tarixi daxil) qədər uzatdı. Lider mobil operator 27 fevral 2022-ci il tarixindən etibarən hazırda Ukraynadakı Azərbaycan vətəndaşları, eləcə də vətəndaşlarımızın bu ölkədə yaşayan qohumları ilə kəsintisiz telefon əlaqəsini təmin etmək, onların çətin anlarında yaxınları ilə ünsiyyətinə dəstək olmaq məqsədilə bu təşəbbüslə çıxış edir.
Azercell bütün abunəçilərindən Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.
Qeyd edək ki, Azercell daha öncə Ukraynada rominqdə olan abunəçilərin nömrələrinin balansını artıraraq 50 azn həcmində vəsait yükləyib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələrə şamil olub.
Şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; “Kabinetim” tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html
vasitəsilə sizi maraqlandıran suallarla müraciət edə və ya lazımı məlumatı əldə edə bilərsiniz.