Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

Ukraynadakı hərbi vəziyyətlə əlaqədar Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu ölkədə olan bütün abunəçilərin ailə və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansına 50 AZN həcmində vəsait yükləyib. Abunəçilərə bu haqda müvafiq məzmunlu SMS göndərilib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələri əhatə edir.

Qeyd edək ki, Azercell-in Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52) və Online Dəstək xidməti 24 saat ərzində abunəçilərin xidmətindədir. Əlavə olaraq “Kabinetim” tətbiqi üzərindən də müraciət etmək mümkündür: https://kabinetim.azercell.com/my/login

Azercell şirkəti abunəçilərinə diqqətli olmağı, hamıya sülh və əmin-amanlıq diləyir.