Mastercard eksklyuziv olaraq Azərbaycandakı Mastercard istifadəçiləri üçün yeni bonus – pulsuz otel rezervazisyası platforması olan HotelHub Travel-i (www.hotelhubtravel.com) təqdim edib.
HotelHub vasitəsilə indi Mastercard və Maestro kartı sahibləri öz kartları ilə rezervasiya edərkən dünya üzrə 600,000 mindən çox hotel və sanatoriyalardakı endirimli qiymətlərə anında giriş əldə edə bilərlər. Hazırda ingilis, azərbaycan, rus və türk dillərində mövcud olan, istifadəçi yönümlü, SSL şifrəli platforma kart sahiblərinə HotelHub-ın etibarlı qlobal qonaqlama şəbəkəsi üzrə ən yaxşı mövcud onlayn qiymət təklifləri verərək rezervasiya tücrübəsini sadələşdirir.
“Mastercard-la tərəfdaşlıq çərçivəsində Azərbaycandakı kart sahibləri üçün HotelHub Travel xidmətini işə salmaqdan məmnunuq. Mastercard bu xidməti bütün dünya üzrə kart sahibləri üçün əlçatan etməzdən öncə, hotel xərclərinə qənaət etmək imtiyazından zövq almaq imkanını ilk olaraq Azərbaycan üçün yaradır”, – deyə Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Erdem Çakar bildirib. “Kart sahiblərinə yüksək qiymət verməklə yanaşı, HotelHub Travel həm də öz kart sahibləri arasında sadiqliyi təşviq etmək və gücləndirmək üçün istifadə edilə biləcək başqa bir emitent alətini də təklif edir.”
HotelHub Travel platforması Mastercard-la tərəfdaşlıq çərçivəsində dünya üzrə səyahət üzvlüyü proqramlarının hazırlanması və idarə olunması üzrə ixtisaslaşmış Panorama Travel Solutions tərəfindən hazırlanıb. Panorama Travel Solutions dünyanın aparıcı üzvlük və sərbəst səhayət şirkəti olan, 20-yə yaxın sanatoriya, səhayət klubu və həyat tərzi səhayət markasına malik Travel + Leisure Co. şirkətinin tərkib hissəsidir.
Növbəti addım olaraq tərəfdaşlar platformanı Türkiyə, Qazaxıstan, Gürcüstan da daxil olmaqla, Mastercard-ın EEMEA (Şərqi Avropa, Yaxın Şərq və Afrika) daxilində yeni regionlara daşımaq və onu one-stop-shop platformasına çevirmək üçün digər səyahət xidmətlərini də (aviabilet, dəniz gəzintisi, hava limanı transferi, avtomobil icarəsi, müxtəlif tədbirlər və ekskursiyalar) əlavə etmək istəyirlər.
Mastercard-ın tərəfdaşlığı ilə təqdim olunan HotelHub Travel haqqında daha ətraflı məlumatı buradan öyrənə bilərsiniz: www.hotelhubtravel.com.
Panorama Travel Solutions haqqında
Panorama Travel Solutions səhayət üzvlüyü proqramlarının hazırlanması və idarə olunması üzrə ixtisaslaşıb. Panorama Travel Solutions ABŞ, Meksika, Asiya və Avropadakı böyük işəgötürənlər, banklar, pərakəndə satıcılar, ticarət assosiasiyaları və digərləri kimi yaxın tərəfdaşlarımıza hazır firma markalarından tutmuş sifarişlə təşkil olunan səhayət klublarına kimi endirimli səhayət üzvlüyü klubları və texnoloji həllər təklif edir. Daha ətraflı məlumat üçün www.panoramatravelsolutions.com saytını ziyarət edə bilərsiniz.
Mastercard (NYSE: MA) haqqında, www.mastercard.com
Masterсard ödəniş sənayesi sahəsində fəaliyyət göstərən qlobal bir texnologiyaşirkətidir. Bizim missiyamız əməliyyatları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar və şəbəkələr , tərəfdaşlıqlar və istəkdən istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz, 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.