`“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri çap edilmişdir

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantı Tamerlan Rüstəmov və  Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev tərəfindən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri çap edilmişdir.

  Qeyd edilməlidir ki, dərslik “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində qeyri-iqtisadi profil ixtisası üzrə tədrisi tövsiyə edilmişdir.

Yeni nəşrdə rəqəmsal ödəniş ekosistemi sahəsində qlobal trendlər, rəqəmsal bankçılıq konsepsiyası və qabaqcıl maliyyə bazarlarına malik ölkədə bu konsepsiyanın realizasiya istiqamətləri, fintex ekosisteminin inkişafında mühüm rol oynayan sandbox rejimi və onun tətbiqi xüsusiyyətləri, ölkəmizdə formalaşan rəqəmsal ödəniş ekosisteminin yenilikçi maliyyə institutları haqqında məlumatlar əks olunmuşdur.

   Ali təhsil ocaqlarında tədris ediləcək bu dərslik, nəzəri yanaşmanı və praktik məsələləri əhatə etdiyinə görə bank əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşməsində, həmçinin əhalinin maliyyə savadlılığının yüksəlməsində mühüm rol oynayacaqdır.

 Kitabı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz:

https://shop.az/az/product/product-detail/634355