Site icon TECHNIMUM

Azercell-dən yeni “010” nömrələri – “Qaliblərin seçimi!”

Bu xüsusi buraxılışı lider mobil operator Zəfər bayramımızahəsr edir

İstifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələr, “Azercell Telekom” tərəfindən Azərbaycanın mobil rabitə bazarına təqdim edilir.

Şirkətin rəqəmsal siyasətinə uyğun olaraq, onlayn platformavasitəsilə rahatlıqla nömrə əldə etmək mümkün olacaq. Belə ki, ilk dəfə olaraq bu cür iri miqyasda nömrə sifarişini onlaynrejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsiləmüştəri bəyəndiyi “010” prefiks-li nömrəni seçib dərhalrəsmiləşdirə bilər. Həmin sayt üzərindən nömrə üçün onlaynödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqənömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən Azercell satış məntəqəsinətəqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.

Yeni nömrələrin təqdimatını Azercell şirkətinin prezidentiZərinə Zeynalova belə şərh etdi: ““Qaliblərin seçimi!” şüarı iləifadə olunan “010” seriyalı nömrələrimiz Vətən müharibəsindəqalibiyyətimizin ilk ildönümünə ithaf olunur. İlkin onlayn satışkanalının Azərbaycanın mobil rabitə bazarında daha geniştəqdimatı abunəçilərimiz üçün Azercell servislərini daha əlçatanvə rahat edir, eyni zamanda bizə müştəri xidmətlərimizinsəviyyəsini artırmağa şərait yaradır”.

Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında dahaətraflı məlumatı Azercell-in rəsmi veb-səhifəsindən(www.azercell.com) əldə etmək olar.

Azercell komandası “Qaliblərin seçimi” – “010” nömrələri iləsizə daim ən sevincli və xoş xəbərlər almağı arzu edir.

Qələbə bayramımız mübarək!

Exit mobile version