İctimai Wi-Fi-dan istifadə zamanı təhlükəsizliyi təmin etməyin 7 qaydası

2017-ci ilin mart ayından etibarən Azərbaycanda “İctimaiinternet” layihəsi həyata keçirilir. Pulsuz internet paytaxtın 17 mərkəzi parkında, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəmövcuddur. Baktelecom-un məlumatına görə, bir ay ərzində 150 ​​minə qədər istifadəçi pulsuz Wi-Fi xidmətinəqoşulur.

İctimai Wi-Fi şəbəkələrdən istifadə rahatlıqdır, amma hər zaman təhlükəsiz deyil. İstənilən vaxt, istənilən yerdəinternetə pulsuz giriş dəbdəbədən gündəlik reallığaçevrilməkdədir. Amma rahatlığın da bir bədəli olur – zərərsiz bir Wi-Fi şəbəkəsi adı altında gizlənən kiberyaramazla qarşılaşmaq riski. Kaspersky nədən ehtiyat etmək lazım olduğunu və rahatlıq və təhlükəsizlikarasında tarazlığı necə tapmağı izah edir.

İnternetdən istifadə zamanı ödəniş məlumatları, müxtəlif xidmətlərdəki login və şifrələr, sənədlər və yazışmalarkimi bir çox dəyərli məlumatlar ötürülür. Əgər onlarcinayətkarın əlinə keçərsə, o, bütün bank əmanətləriniziöz hesabına köçürə, istifadəçi hesablarınızı oğurlaya və onlar vasitəsilə spam yaya və ya dostlarınızdan pul istəyə bilər. Şəxsi yazışmaların ələ keçməsi isə şantajla nitəcələnə bilər. İş cihazından etibarsız bir şəbəkəyə qoşulduqda işəgötürənin kommersiya məlumatlarının da yadların əlinə keçmə riski yaranır. Bəzi hallarda isəcinayətkarlar cihazı hətta təhlükəli Wi-Fi bağlantısındanayrıldıqdan sonra belə onun içərisində qalan zərərli proqramlarla hiss olunmadan yoluxdura bilərlər.

Kaspersky bu xoşagəlməz hallarla qarşılaşmamaq üçün 7 əsas qaydanı tövsiyə edir:

1. İctimai Wi-Fi-şəbəkələrinə güvənməyin

Yadınızda saxlayın ki, şifrəsiz Wi-Fi şəbəkələri yalnız vacib məlumatlara aidiyyatı olmayan internet gəzintiləri üçün uyğundur: onlar vasitəsilə ötürdüyünüz və aldığınız məlumatlar eyni şəbəkəyə qoşulan hər kəs tərəfindən görülə bilər – bu, eyni hava limanında və ya qatarda olduğunuz onlarla yad insandan biri ola bilər.

2. Giriş nöqtəsinin adını yoxlayın 

Bəzi təcavüzkarlar daha da irəli gedirlər: artıq mövcud olan ictimai Wi-Fi şəbəkələrinə qoşulmaq əvəzinə, özlərininkini yaradırlar və qurbanları cəlb edirlər. Cihazlarınızdakı məlumatlar internetə ruter vasitəsi iləötürüldüyündən, onun sahibi, əgər etikanı heçə sayan biri olarsa, həmin məlumatları asanlıqla ələ keçirə bilər. Cinayətkar tərəfindən yaradılan şəbəkə tələsinədüşməniz üçün, giriş nöqtəsinə çalışdığınız biznes mərkəzinin və ya sevimli kafenizin Wi-Fi şəbəkəsinin adına uyğun bir ad verilə bilər. Mövcud giriş nöqtələrinin siyahısını diqqətlə yoxlayın, adlarını işarələrlə müqayisə edin, sizə tanış gələn ilk şəbəkəyə qoşulmayın. Səhv söz sırası, hərflərin oxşar rəqəmlərlə əvəz edilməsi, əlavə işarələr saxta şəbəkəni tanımağa kömək edə bilər.

3. Şəbəkəyə avtomatik bağlantıdan imtina edin 

İstifadə etmədiyiniz zaman Wi-Fi xidmətini söndürün, bununla cihazın batareya ömrünü də uzatmış olursınız.Şəbəkələrə avtomatik qoşulma funksiyasını söndürün(adətən bunu Wi-Fi parametrlərində etmək mümkündür). İstifadədən sonra ictimai Wi-Fi şəbəkələrini bağlantılar siyahısından dərhal silin (“unudun”).

4. İdentifiksiya tələb edən xidmətlərlə iş üçün güvənmədiyiniz Wi-Fi bağlantısından istifadə etməyin 

Vacib məlumatlar (xüsusən maliyyə ilə əlaqəliməlumatlar) saxlanılan hesablara yalnız etibarlı ev və ya korporativ internet mühitində daxil olmaq ən təhlükəsiz bağlantı hesab edilə bilər. Amma mövcud şəraitdə təcili olaraq kart balansını yoxlamaq və ya ictimai xidmətlərə daxil olmaq lazım gələrsə, bunu mobil rabitə vasitəsi ilə edin. Rouminqdə bu bahalı olsa belə, tərəddüd etməyin, çünki şübhəli bir Wi-Fi nöqtəsi vasitəsilə məxfi məlumatlarınızın sızması sizə daha baha başa gələcək.

5. Cihazınıza rabitə kanallarını qorumaq üçün proqramı əvvəlcədən quraşdırın 

İctimai Wi-Fi şəbəkələrində işləyərkən cihazlarınızıqorumağın ən etibarlı yolu onları əvvəlcədən etibarlı qorunma ilə təmin etməkdir. Sorğunuzu ruterəgöndərməzdən əvvəl onu şifrələyən rabitə təhlükəsizliyi tətbiqləri var ki, onların köməyilə nəyi və harayagöndərdiyinizi şəbəkənin sahibləri və digər ziyarətçilərdən gizlədə bilirsiniz (bu texnologiya virtual özəl şəbəkə və ya VPN adlanır). Bununla da açıq şəbəkələrdə gəzinti belə məlumatlarınız üçün təhlükəsiz olacaq.

6. Məlumatlarınızı etibar edə biləcəyiniz nüfuzlu şirkətlərin qoruma tətbiqlərindən istifadə edərək qoruyun

Təhlükəsiz bağlantı üçün qoruma həlli seçərkən onun yaradıcılarına güvənməyə hazır olduğunuzdan əmin olun. Məlumatlarınızı toplayıb üçüncü tərəflərə satmayacaq nüfuzlu şirkətləri seçin. Məsələn, əksər Kaspersky həllərində və Kaspersky Secure Connection ixtisaslaşdırılmış tətbiqində mövcud olan qorunmalı bağlantı etibarlı və təhlükəsiz OpenVPN protokolundan istifadə edir və istifadəçi trafikinin qeydiyyatını aparmır.

7. Bağlantı qorunmasını quraşdırın ki, o, istənilən ictimai şəbəkəyə avtomatik qoşulsun 

Qorunmalı bağlantını vacib tətbiqləri açmazdan öncə əllə aktivləşdirmək olar, amma təkcə yaddaşa güvənməsəniz yaxşıdır. Hər hansı ictimai şəbəkəyə qoşulan zaman avtomatik işə düşmə funksiyasınıaktivləşdirin (əgər tətbiqdə belə bir funksiya varsa). Əgər Kaspersky Secure Connection istifadə edirsinizsə, sürət barədə narahat olmaya bilərsiniz, məlumat kanalı genişliyi hətta video axını üçün də kifayət edir. Əgər vacib məlumatla işləyirsinizsə,  Kaspersky Secure Connection-dakı Kill Switch funksiyasını aktivləşdirin. O, qoruma həlli təhlükəsiz bağlantı qurana və məlumat oğurluğu riskini aradan qaldıranadək məlumat göndərişini bloklayır.

İctimai vayfaylar təhlükə ilə dolub-daşır, amma ondan tamamilə imtina etmək də lazım deyil. Yekun seçim – kiber təhlükəsizlik üçün faydalı vərdiş arsenalınızı genişləndirmək və ya tətbiqlər vasitəsilə əlavə qorunma təmin etməkdir ki, bu da sizdən asılıdır.