Ənənəvi olaraq tədqiqatçılar, beynəlxalq hüquq-mühafizə orqanları, elmi icmalar və dövlət müəssisələrinin nümayəndələri tərəfindən ziyarət ediıən illik Security Analyst Summit (SAS) tədbiri bu il 28-29 sentyabr tarixlərində baş tutacaq. Tədbir onlayn formatda keçiriləcək. Onun əsas mövzuları mürəkkəb hədəf hücumları, “threat hunting” (təhdid ovu) alətləri və artmaqda olan yeni təhdidlər olacaq.
Kaspersky-nin mütəxəssisləri ilə yanaşı tədbirdə PricewaterhouseCoopers, Mandiant, Nex, Sourcegraph, NTT Security, Yandex və digər şitkətlərin nümayəndələri də iştirak edəcək. Tədbirlə daha ətraflı burada tanış ola bilərsiniz: https://thesascon.com/program.