Ermənistanın təxribatçı əməlləri ön cəbhədə olduğu kimi, virtual mühitdə də davam etməkdədir. “Azerbaijan Cyber Army” yerli internet istifadəçilərinin kibertəhlükəsizliyini təmin etmək məqsədilə maarifləndirmə xarakterli məlumat yayıb. Məlumatda deyilir:
E-mail vasitəsilə sizə ziyanverici məktublar göndərməklə hesablarınızı ələ keçirə bilər, yaxud kompüter və ya smartfonunuzu virusa yoluxdura bilərlər. Bundan sonra sizin kompüter və ya smartfonunuza, hətta sizin bütün davranışlarınıza tam nəzarət edə bilərlər.
Elektron poçtdan istifadə zamanı təhlükəsizlik tövsiyyələri:
⦁ Tanımadığınız şəxslərdən və ya ünvanlardan gələn elektron məktubları ən azından hərbi əməliyyatlar bitənə kimi açmayın;
⦁ Düşmən məhşur Azərbaycanlı adlarından istifadə edərək sizə “email spoofing” hücumu (saxta şəxsin adından göndərilən email) həyata keçirə bilər. Bu kiberhücum, sizi maksimum inandırmağa çalışacaq ki, məktub aldığınız şəxs tanışdır və etibarlı ünvandan daxil olub. Lakin məktuba əlavə edilmiş sənəd, fotoşəkil, video, proqram və ya link kompüter və ya telefonunuzu yoluxdurmaq məqsədi daşıyır. Yoluxan kompüter və ya telefonda mikrafonu, kameranı sizin icazəniz olmadan açıb sizi dinləyə bilər, həmçinin zənglər tarixçəsini, fayllarınızı, qaleriyadan şəkillərinizi, məkan və s. önəmli məlumatlarınızı ələ keçirə bilərlər;
⦁ Əgər məktubu açmısınızsa orada olan heç bir linki açmayın;
⦁ Məktubda hər hansı bir şəkil, proqram, sənəd göndərilibsə qətiyyən onları açmayın və telefonunuza, kompüterinizə endirməyin;
Bu məktub əslində ziyanverici virusla təchiz olunan elektron məktubdur. Məktubda hərbi uğurlarımız göstərilsə də düşmən çirkin məqsədləri üçün virusla təchiz olunmuş şəkilləri bir çox Azərbaycan vətəndaşına göndərmişdir.
Sual: Sizə belə bir məktub daxil olsa şəkilləri açardınızmı?
⦁ Əgər cavab hədirsə, o zaman bu Tövsiyyəni bir daha diqqətlə oxuyun.