Oktyabr 27, 2020

Bu mobil proqramlar fərdi məlumatlarınız üçün təhlükəlidir

Ermənistan informasiya müharibəsində də təxribatçı əməlləri davam etdirməkdədir. Belə ki, düşmən daha bir məkrli niyyətini smartfonlar və mobil platformalar vasitəsilə həyata keçirməkdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bu istiqamətdə müvafiq tədbirlər görməkdədir. Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, informasiya müharibəsinin də böyük önəm kəsb etdiyi bir zamanda mobil cihazlara qarşı maksimum ehtiyatlı olmaq, təxribatın qrurbanına çevrilməmək lazımdır.

Əgər mobil telefonlarınızda aşağıda qeyd olunan tətbiqlər (proqramlar) varsa, onları telefonunuzdan dərhal silin. Çünki bu proqramlar fərdi məlumatlarınız üçün təhlükə mənbəyi hesab oluna bilər. Belə ki, düşmən tərəf bu proqramlar vasitəsilə fərdi məlumatlarınızı ələ keçirə və çirkin məqsədlər üçün istifadə edə bilər. Ona görə də aşağıdakı proqramları mobil qurğularınızdan dərhal silməyiniz tövsiyyə olunur:

1. Snapchat
2.Picsart
3.Tamable
4.Codesignalcom
5.Renderforest
6.Zangi Messenger
7. Sololearn
8.Zoomerang
9.Shadowmatic

Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərsiniz.