Kaspersky və Area9 Lyceum tərəfindən Kaspersky Security Awareness proqramı çərçivəsində həyata keçirilən, ictimaiyyətə açıq olan “Pandemiya zamanı həyatda və işdə təhlükəsizlik” adlı pulsuz kursun nəticələrinə əsasən, çox sayda əməkdaş öz kiber təhlükəsizlik səriştəliliyini həddindən artıq yüksək qiymətləndirir. Təlim almış istifadəçilərin üçdə birindən çoxu (34%) səhv qərarlar qəbul edib. Üstəlik, 90% hallarda onlar seçilmiş cavabların düzgünlüyünə şübhə etməyiblər. Bu, kursun adaptiv metodikasından* – tələbələrdən sualları cavablandırarkən biliklərinə olan inam dərəcələrini qiymətləndirməyi istəyən metodikadan istifadə edərək aşkara çıxarılıb.
Nəticədə, əksər səhvlər internet brauzerlərinin təhlükəsiz istifadəsi (45%), virtual maşınların tətbiqinin üstünlükləri (60%), həmçinin evdən işləmək üçün korporativ İT resursları (52%), xüsusən poçt, bulud məlumat bazası və s. ilə əlaqəli suallar kateqoriyasında buraxılıb. Bundan əlavə, proqramı necə düzgün şəkildə yeniləmək məsələsi də çətinlik yaradıb: iştirakçıların yarısı bunun öhdəsindən gələ bilməyib, baxmayaraq ki, səhv edən hər kəs (92%) bunun üçün lazımi bacarıqlara sahib olduğunu düşünüb.
“Şirkətlər üçün işçilərinin rəqəmsal savadlılığını artırmaq, xüsusən də bu cür biliklərin səviyyəsi yoxlamaq üçün testlər və xüsusi təlimlər keçmək vacibdir. Elə hallar olur ki, işçi informasiya təhlükəsizliyi baxımından riskli hərəkətlərdə xüsusi bir şey görmür. O, bu mövzuda tövsiyələr almaq üçün sistem administratoruna müraciət etmədən korporativ məlumatları öz şəxsi resurslarında saxlaya bilər. Bu cür davranış, tez bir zamanda vərdiş halına gələn və hətta təşkilatlar daxilində kiber insidentlərə səbəb olan “şüursuz səriştəsizlik”-dir,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kaspersky-nin əməkdaşların rəqəmsal savadlılığını artırmaq üçün hazırladığı platformalar barədə daha çox məlumat buradan əldə edə bilərsiniz:
https://www.kaspersky.ru/enterprise-security/security-awareness.