Personal kompüter istehsalçısı olan Toshiba şirkəti kompüter bazarını tərk edir. Bu barədə şirkətin yayımladığı məlumatda deyilir.
Bildirilir ki, Toshiba şirkəti ən qədim personal kompüter istehsalçılarından biridir. Şirkət 1980-ci illərdə noutbukların istehsalına başlayıb. O, bazarın ən iri brendlərindən biri sayılsa da, son bir neçə il ərzində aktivlərini satmışdır.
Qeyd edək ki, 2018-ci ilin iyun ayında Toshiba aktivlərinin 80,1%-ni Sharp şirkətinə satıb. İlkin sazişin şərtlərinə əsasən, 30 iyun 2020-ci il tarixində Sharp şirkəti Toshiba-nın qalan 19,9%-lik aktivlərini alıb. Beləliklə, Toshiba brendi, demək olar ki, bazarı tərk edib.