Bu tarixə qədər Kaspersky tematik bir layihəni – unikal şifrələr generatorunu işə salıb. Şifrə kombinasiyası yaratmaq üçün motorlu idman növü yarışları tarixinin son on ili ilə bağlı üç suala cavab vermək lazımdır. Generatora buradan keçid edə bilərsiniz.
Kaspersky 2010-cu ildən etibarən Scuderia Ferrari Formula 1 komandasının rəsmi sponsorudur. O vaxtdan bəri tərəfdaşlığın miqyası xeyli artıb. Bu gün şirkət avtomobil istehsalçısının bütün İT infrastrukturunu qoruyur: Maranellodakı (İtaliya) əfsanəvi zavoddan tutmuş bütün dünyadakı yarış yollarına qədər.
Əlaqə zəncirinin son cihazları qorumaqla yanaşı, Kaspersky, Ferrari üçün sistem boşluğu dəyərləndirmələri, sistem müdaxiləsi testləri keçirir və şirkətə kiber təhlükələr barədə analitik hesabatlar təqdim edir.
“Biz on il bundan qabaq Formula 1-in tərəfdaşı olduq və o vaxtdan münasibətlərimiz daha da möhkəmlənib. Fərqli sahələrdə çalışmağımıza baxmayaraq, eyni dəyərləri birləşdiririk: texnoloji liderlik, yeniliklərə həvəs və gördüyümüz işlərdə davamlı inkişaf,” Kaspersky-nin Baş Direktoru yevgeni Kasperski deyib.
“Formula 1-in İT infrastrukturu mürəkkəb və spesifikdir – modelləşdirmədən tutmuş nəqliyyat vasitələrinin fəaliyyətini qiymətləndirmə sistemlərinə qədər. Bundan əlavə, o, təhlükəsizlik ehtiyaclarımıza fərdi yanaşma tələb edən yüksək performanslı hesablama və şəxsi proqram təminatlarından istifadə edir,” deyə Ferrari-nin İnformasiya Texnologiyaları, Kiber Təhlükəsizlik və Tənzimləyici Normalara Uyğunluq şöbəsinin rəhbəri Alessandro Sala bildirib. “Kaspersky-nin innovativ və yüksək məhsuldarlığa malik məhsulları şirkətimizin qarşısında duran problemləri həll etməyə və kiber təhlükələrə qarşı uğurla mübarizə aparmağa kömək edir.”
“Sadə və başa düşülən bir missiyamız var – təhlükəsiz bir dünya qururuq. Təcrübəmizdən və nailiyyətlərimizdən istifadə edərək, rəqəmsal məkanı etibarlı etmək istəyirik ki, hər kəs texnologiyanın ona təklif etdiyi sonsuz imkanlardan istifadə edə bilsin. Ferrari ilə əməkdaşlığımız zamanı mürəkkəb problemləri həll etməyin sürətinin və onlara operativ cavab verilməsinin nə qədər vacib olduğunu daha dərindən anladıq. Tərəfdaşlarımız kimi biz də hesab edirik ki, mükəmməllikdə güzəşt yoxdur, güclü istək isə xüsusi bir şeyin bir parçası olmaq arzusudur. Bu dəyərlər Ferrari və komandamız arasındakı münasibətlərin əsasını təşkil edir,” Kaspersky-nin marketinq üzrə vitse-prezidenti Endryu Vinton deyib.
Kaspersky və Ferrari tərəfdaşlığı haqqında daha çox məlumatı buradan əldə edə bilərsiniz: https://www.kaspersky.com/scuderiaferrari/.