Oktyabr 27, 2020

Pandemiya dövründə istifadəçilər orta hesabla 7.1 saat online olur

Kaspersky tərəfindən aparılan yeni bir qlobal sorğuya görə, 25 yaşdan 34 yaşa qədər olan gənclərin 55% -i indi öz dostları ilə və ailələri ilə daha çox şəxsi deyil, onlayn ünsiyyət qurur. Özünütəcrid dövrü başladıqdan sonra bu qrup respondentlərin “ekran vaxtı” demək olar ki, orta hesabla iki saat artıb və gündə 7.1 saat təşkil edir.

Koronavirus pandemiyasına reaksiya həyatımızın bir çox sahəsində rəqəmsal transformasiya ilə nəticələnib. Kaspersky tərəfindən aparılan sorğuya görə, bunu ən çox milleniallar – aktiv internet istifadəçiləri hiss ediblər. Belə ki, bu yaş qrupundakı insanların 33% -i indi üz-üzə dərslər və ya mühazirələr əvəzinə onlayn dərslərdə iştirak edir, 53% -i ticarət mərkəzlərinə getmək yerinə onlayn alış-verişə, 18% -i isə şəhər və muzeylərin virtual turlarına üstünlük verir. İş üslubu da dəyişib:, millennialların 40% -i həmkarları ilə görüşləri rəqəmsal məkana köçürdüklərini söyləyib.

Eyni zamanda, sorğu iştirakçıları onlayn həyatın bəzi cəhətlərinə ehtiyatla yanaşdıqlarını qeyd ediblər. Məsələn, millennialların demək olar ki, üçdə ikisi (61%) tanışlığın indi daha çox onlayn baş tutmasından, 41% isə axın (steam) və oyun platformalarına daha çox vaxt sərf etməkdən narahatdır.

“Bu il “rəqəmsal gerçəkliyə” münasibətin necə dəyişdiyini görürük, çünki özünü təcridetmə dövründə xarici dünya ilə əsasən onlayn olaraq əlaqə saxlamaq mümkün olub. Buna görə də kiber təhlükəsizlik hər gün daha da aktuallşır. Nə böyük şirkətlər, nə də təcrübəli istifadəçilər hücumlardan sığortalanmayıblar. Təcavüzkarlar yeni fürsətlər axtarırlar: məsələn, sorğumuzda iştirak edənlərin 17% -i öz hesablarnını sındırılması ilə qarşılaşdıqlarını söyləyib,” deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky istifadəçilərə əsas təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edir:

• şəxsi və ya ödəniş məlumatlarını daxil etməzdən əvvəl saytların adlarını diqqətlə yoxlayın;

• sosial şəbəkələrdə, messencerlərdə və e-poçtlarda şübhəli linkləri izləməyin;

• internetdəki hər hansı bir məlumata, məsələn, həddən artıq səxavətli pul təkliflərinə şübhə ilə yanaşın;

• cihazlarda, həm də əməliyyat sistemində proqramları müntəzəm olaraq yeniləyin;

• bütün hesablarınızda fərqli və güclü şifrələrdən istifadə edin (müxtəlif hərflərdən, nömrələrdən və xüsusi simvollardan ibarət 12 simvolluq şifrə);

• geniş əhatəli təhdidlərdən hərtərəfli qorunmaq üçün Kaspersky Security Cloud kimi etibarlı bir təhlükəsizlik həllindən istifadə edin.

“Rəqəmsal rahatlıq zonası axtarışında” sorğusu Kaspersky və Sapio Research araşdırma şirkəti tərəfindən 2020-ci ilin may-iyun aylarında aparılıb. Sorğuda 19 ölkədən 10 mindən çox insan iştirak edib. 25-34 yaş arası respondentlərin payı 34% təşkil edir.