Bəzən anonim məktub göndərməyin mühüm olduğu situasiyalar yaranır. Məsələn, gözəl sevgi etirafı və ya mənbənin məxfi saxlanılması şərtilə informasiyanın göndərilməsi buna nümunə ola bilər. Anonim elektron məktubun göndərilməsi üçün bir çox qanuni səbələr mövcuddur. Burada ya pulsuz xidmətlərdən, ya da VPN ilə bağlı olan müvəqqəti hesabdan istifadə etmək olar.
Bunun 5 üsuluna nəzər salaq:
Müvəqqəti elektron poçt və VPN. Gmail kimi xidmətlər, qeydiyyat zamanı şəxsi məlumatları tələb etmədikləri üçün, anonim elektron poçt ilə işləməyin yollarından biridir. Sonra, anonim məktubu göndərmək ehtiyacınız yarandığı zaman, açılmış adresi daimi şəkildə istifadə etmək olar. Bununla birgə, məktubun başlığında sizin şəxsi İP adresiniz yox, Google-in serverləri göstərilir ki, bu da, anonimliyin səviyyəsini qaldırır.
Məktubu alan şəxs başlıqdan istifadə edərək məktubu göndərəni izləmək istəsə belə, yalnız Google serverinin İP adresini görəcək. Bu adres sizin yaşadığınız yerə yaxın olmaya da bilər. Yalnız izləri tam ört basdır etmək mümkün deyil, çünki sizin faktiki İP adresiniz poçt serverində saxlanılır. Bu cür, dövlət və ya digər müvafiq səlahiyyətli orqanlar sorğu alətindən istifadə etdikləri zaman, Google sizin həqiqi İP adresinizi göstərəcək.
Anonimliyin artırılması üçün sonrakı addım – Virtual Şəxsi Bağlantı və ya VPN-in istifadəsidir. Biz sizə yaxşı nüfuza malik pullu xidmətlərdən istifadə etmıyinizi məasləhət görürük.
Elektron poçtu VPN vasitəsilə göndərilirsə:
Poçt serverinin ünvanı sizin olduğunuz məkandan fərqli olacaq.
Dövlət sorğu alətindən istifadə etdikdə, Google yalnız VPN ünvanını göstərəcək.
Məhz ikinci punkta görə, bağlantılarınızın detalları saxlanılmayan nüfuzlu və güvənli xidmətlərdən istifadə etmək mühümdür. Pulsuz VPN-lərdən istifadə olunduğu halda isə loqların saxlanılması və ötürülməsi ehtimalı əhəmiyyətli dərəcədə artır.
Qeyd: Anonim müvəqqəti ünvan ilə birdəfəlik elektron ünvanı qarışıq salmayın.
E-poçt müştərisi ilə birlikdə VPN. Anonim məktubların göndərilməsinə yönəlmiş İkinci metod – kompyuterdə quraşdırılan müştəridən istifadəni nəzərdə tutur. Anonimliyəm 3 pillə ilə çatmaq olar.
Gmail, Yahoo Mail, GMX və s. kimi xidmətlərdə müvəqqəti ünvanın qeydiyyatı.
Thunderbird və ya başqa ödənişsiz müştərinin quraşdırılması.
VPN-ə bağlantı.
İlk olaraq, kompyuter trafikinin uzaqlaşdırılmış İP ünvandan bağlandığına əmin olmaq üçün, VPN-ə bağlanmalıyıq. Sonra, müvəqqəti ünvandan istifadə edərək müştəri vasitəsilə məktubu göndəririk. Beləliklə, sizin İP ünvanınızın başlığında VPN servisinin ünvanı göstəriləcək.
AnonEmail – bu servis anonim məktubları təsadüfi düyünlərdən ibarət olan zəncirlər vasitəsilə göndərməyə imkan yaradır. Bu cür, göndərənin İP adresini izləmək demək olar ki, mümkün deyil. AnonEmail istifadədə çox rahatdır. Burada məktubu alan, məktubun mövzusu və ismarıcı göstərməklə “Send Anonymously” düyməsinə basmaq kifayətdir. Digər oxşar xidmətlərlə müqayisədə AnonEmail sizin İP adresinizi yaddaşda saxlamır (və ya saxlamadığını iddia edir). Proqramı yoxlamadan keçirdiyim zaman öz İP adresimi izləmək mümkün olmadı, lakin yenə də çox mühüm və ya qanunsuz məlumatları göndərmək tövsiyyə edilmir. Əlavə təhlükəsizlik tədbiri kimi AnonEmail sizin olduğunuz potensial coğrafi zonaların və ya saat qurşaqlarının izlənilməməzi üçün, məktubunuzun göndərilməsindən öncə bir qədər vaxt gözləyir.
Cyber Atlantis – İP adresini gizləyən və PGP şifrələməni dəstəkləyən, anonim məktub göndərən daha bir ödənişsiz xidmətdir. Bu metodda təhlükəsizlik səviyyəsi, məktubun içindəkilərini yalnız ümumi açarın (məxfi açar) sahibi görə bildiyi səbəbdən daha da artır. Yalnız üçumi açardan istifadə sxemində görülməyən problemlər yarana bilər. Məsələn, şifrəli açar yalnız məhdud sayda insanda olduğu üçün, məktubu alan şəxs, məktubu göndərəni müəyyən etməyə cəhd göstərə bilər.
Proton Mail. Tam təhlükəsiz, anonim və ikitərəfli poçt axtarışındasınızsa, ProtonMail-sizin seçiminizdir. Milyonlar tərəfindən istifadə olunan bu servis, artıq uzun zamandır elektron poçtun təhlükəsizliyi üçün xidmətlər təklif edir. Bəzi açar funksiyalar:
- Son şifrələmə – Burada yalnız ProtonMail serverindən göndərilən ismarıclar deyil, bütün ismarıclar şifrələnir. ProtonMail servisində müəyyən hesaba girişə icazə olmadığı təqdirdə heç kəs sizin ismarıclarınızı oxuya bilməz.
İstifadəçi məlumatlarının tam qorunması. Şifrələmə zamanı yalnız sizin kompyuterdə saxlanılan açardan istifadə olunur. Beləliklə, hətta ProtonMail-in sistem administratorları sizin ismarıclarınızı oxuya bilməz. Sxemin çatışmazlığı: Administrator hesabı bərpa edə bilməz. Üstünlüyü: Məlumatlar dövlət və müvafiq orqanlarının sorğusu əsasında belə onlardan tam məxfi saxlanılır.
Açıq mənbə kodu ilə kriptoqrafiya. ProtonMail-də açıq mənbə kodlu şifrələmə kitabxanaları istifadə olunduğu üçün, administratorlar və xakerlər tərəfindən məktublarınıza baxış üçün “arxa qapıların” olmadığına əmin olmaq olar.
Əgər siz mütəmadi olaraq anonim məktublar göndərirsinizsə, ProtonMail servisinə diqqət yetirin və bu ünvanı əsas ünvan kimi istifadə edin.
Hansı servis daha yaxşıdır.
Bu sualın cavabı sizin ehtiyaclarınızdan asılıdır. Əgər siz anonimlik ilə təhlükəsizliyi mütəmadi şəkildə saxlamaq istəyirsinizsə, ProtonMail servisinə nəzər yetirin. Çünki bu xidmətdə administratorların belə sizin məktublarınıza giriş icazəsi yoxdur.
Əgər vaxtaşırı istifadəçisinizsə, pulsuz xidmətlərdən birindən istifadə edə bilərsiniz.