Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!

Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Düz 145 il öncə, 1875-ci il iyulun 22-də, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük maddi və senzura çətinliklərinə rəğmən ana dilində “Əkinçi” qəzetinin nəşrinə başlayır.

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz çevik fəaliyyətilə içtimaiyyətin köməyinə gəlib. Bu gün də, dünyada və cəmiyyətimizdə baş verən mühüm hadisələr zamanı yorulmadan çalışanlar, həqiqəti göstərmək üçün vuruşanlar, daim araşdıranlar, olanları çatdıranlara ən böyük ehtiyac duyulur.

“Azercell Telekom” MMC də Milli Mətbuat və Jurnalistika Günündə jurnalistlərin əhəmiyyətli fəaliyyətini qiymətləndirərək, onların çevik və fasiləsiz şəkildə çalışmalarına dəstək vermək üçün öz hədiyyəsini təqdim edir. 21-27 iyul müddətində 7.000 Mediacell tarifi istifadəçiləri simvolik “1875” açar sözünü “5005” qısa nömrəsinə göndərməklə Azercell-dən hədiyyə olaraq 5GB mobil internet əldə edə bilər. Qeyd edək ki, 5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür.

Daha ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/monthly/metbuat səhifəsindən tanış olmaq mümkündür. 

Mətbuat nümayəndələri üçün “Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan, ölkəmizdə jurnalistikanın inkişafına yönəlik bir sıra layihələr həyata keçirən Azercell, hər zaman bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini verib, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaradıb. Vurğulamaq istərdik ki, indiyədək 450-dən çox jurnalist Azercell-in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olub.

Bizi xəbərsiz qoymadığınız üçün təşəkkür edirik, dəyərli media əməkdaşları!