Windows üçün Kaspersky Safe Kids proqramı 2020-ci ildə müstəqil Avstriya şirkəti olan AV-Comparatives tərəfindən onlayn uşaq təhlükəsizliyi sahəsində aparılmış həll sınaqlarında ən yaxşı nəticələri göstərib. Sertifikatlaşdırmada beş satıcının məhsulları iştirak edib və yalnız ikisi sınaqdan uğurla keçib.
Müvafiq qoruyucu həllər üçün bazar kifayət qədər genişdir və ən uyğununu seçmək elə də asan deyil. AV-Comparatives hər il müxtəlif istehsalçıların həllərini sınaqdan keçirərək valideynlərə bu işin öhdəsindən gəlməkdə kömək edir. Sınaqda iştirak edə bilmək üçün, proqram bir sıra meyarlara cavab verməlidir: pornoqrafik saytların ən az 98% -ni bloklamalıdır, minimal saxta pozitiv nümayiş etdirməlidir və ciddi səhvləri ehtiva etməməlidir.
Uyğunsuz məzmuna malik veb səhifələri maksimum dərəcədə tanıyan qabaqcıl məzmun süzgəci texnologiyası sayəsində Kaspersky Safe Kids həlli sınaq müddətində ən yaxşı nəticələri göstərib. Bu texnologiyaya saytın HTML kodunun (cədvəllər, başlıqlar, paraqraflar və s.) təhlili və maşın öyrənməsi üçün lazım olan evristik metodlar da daxildir.
“Biz tendensiyaları izləyirik və valideynlərə interneti yenicə öyrənən övladlarını onlayn təhdidlərdən qorumaq və rəqəmsal məkanı onlar üçün etibarlı etməyə kömək etmək üçün Kaspersky Safe Kids-i daim inkişaf etdiririk. Bununla belə, hər bir halda, uşağa belə bir həlli smartfon, planşet və ya ev kompüterinə quraşdırmaq istədiyinizi bildirmək və bunun səbəbini izah etmək lazımdır,” deyə Kaspersky Laboratoriyasının məzmun təhlili üzrə mütəxəssisi Anna Larkina bildirib.
Onlayn uşaq təhlükəsizliyi üçün həll seçərkən Kaspersky tövsiyə edir:
- eyni vaxtda müxtəlif əməliyyat sistemləri (Android və ya iOS, MacOS və ya Windows) üçün aktiv olan çarpaz platforma məhsullarını seçin;
- mümkün qədər geniş funksionallıq və kifayət qədər çevik parametrləri olan proqramları nəzərdən keçirin – 5-7 yaş arası uşağı təhlükələrdən qorumaq 14-16 yaşlı bir yeniyetməni qorumaqla eyni deyil;
- həlldə uşağın yerini öyrənmək imkanının olub-olmadığını nəzərdən keçirin. Əgər uşaq şəhər üzrə özü sərbəst hərəkət edirsə, bu funksiya aktuallaşa ola bilər;
- bazarda uzun müddətdir tanınan etibarlı istehsalçıların təkliflərinə köklənin;
- seçilmiş həllin məzmuna təhlükəsiz girişi uzaqdan idarə etməyə imkan verdiyinə əmin olun. Bu vəziyyətdə, hər dəfə kompüteri yandırmaq və ya parametrlərdə dəyişiklik etmək üçün uşağın istifadə etdiyi smartfonu götürməyə ehtiyac olmayacaq.
AV-Comparatives hesabatının tam mətni ilə burada tanış ola bilərsiniz: https://www.av-comparatives.org/wp-content/uploads/2020/06/avc_pct_kaspersky_windows_2020.pdf.
Kaspersky Safe Kids həlli haqqında daha çox məlumat əldə etmək üçün buraya daxil ola bilərsiniz: https://www.kaspersky.ru/safe-kids.