2017-ci ilin mart ayından etibarən Azərbaycanda “İctimaiinternet” layihəsi həyata keçirilir. Pulsuz internet paytaxtın 17 mərkəzi parkında, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəmövcuddur. Baktelecom-un məlumatına görə, bir ay ərzində 150 minə qədər istifadəçi pulsuz Wi-Fi xidmətinəqoşulur. İctimai Wi-Fi şəbəkələrdən istifadə rahatlıqdır, amma hər zaman təhlükəsiz deyil. İstənilən vaxt, istənilən yerdəinternetə pulsuz giriş dəbdəbədən gündəlik reallığaçevrilməkdədir. Amma rahatlığın da bir bədəli olur – zərərsiz bir Wi-Fi şəbəkəsi adı altında gizlənən kiberyaramazla qarşılaşmaq riski. Kaspersky nədən ehtiyat etmək lazım olduğunu və rahatlıq və təhlükəsizlikarasında tarazlığı necə tapmağı izah edir. İnternetdən istifadə zamanı ödəniş məlumatları, müxtəlif xidmətlərdəki login və şifrələr, sənədlər və yazışmalarkimi bir çox ...