2022-ci ildə Kaspersky həlləri tərəfindən gündə orta hesabla 400,000 yeni zərərli fayl aşkarlanıb. Bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 5% çoxdur. Ümumilikdə 2022-ci ilin yanvar-oktyabr ayları ərzində şirkətin həlləri 122 milyon zərərli fayl aşkarlayıb.
Bu il xüsusən fidyə proqramları və zərərli yükləyicilərin sayı artıb. Gündəlik aşkarlanan fidyə proqramlarının sayında 181%, yükləyicilər* isə 142% artım qeydə alınıb.
Kibercinayətkarların əsas hədəfi hələ də Windows olaraq qalır. Bütün aşkar edilmiş zərərli faylların təxminən 85%-i xüsusi olaraq bu platformaya yönəldilib. Bundan əlavə, bu il Microsoft Office paket formatlarında gündəlik aşkarlanan zərərli faylların payı da iki dəfə artıb. Eyni zamanda, Linux üçün gündəlik əsasda aşkarlanan yeni zərərli proqram fayllarının sayı 20%, Android platformasını hədəf alanların sayı isə 10% artıb.
“Təhlükə landşaftı daha müxtəlif olur və təcavüzkarlar istifadəçilərə hücum etmək üçün qlobal mühitdən və xəbər gündəmindən fəal şəkildə istifadə edirlər. Gələn il hücumların sayının və zərərli proqramların həcminin davamlı şəkildə artacağına inanmaq üçün bütün əsaslar var. Bundan əlavə, bu gün kiberhücum etmək üçün təcavüzkar bütün addımlarını müstəqil şəkildə yerinə yetirməli və zərərli alətlər hazırlamağa məcbur deyillər. Qaranlıq internetdə (dark web) həm zərərli proqramın, həm də korporativ şəbəkəyə açıq giriş üçün çoxsaylı təkliflər mövcuddur. Buna görə də, böyük təşkilatlardan tutmuş adi istifadəçilərə qədər hər kəsə etibarlı təhlükəsizlik həllərindən istifadə etməyin vacibliyini xatırladırıq. Mütəxəssislərimiz də öz növbəsində kibertəhlükələrdən istifadəçiləri kibertəhdidlərdən və itkilərdən qorumaq üçün hər cür səy göstərirlər”, – deyə Kaspersky-nin Antivirus Tədqiqatları Şöbəsinin rəhbəri Vladimir Kuskov bildirir.
Zərərli fəaliyyətin necə artdığı barədəa daha ətraflı məlumatı buradan öyrənə bilərsiniz: https://securelist.ru/ksb-2022-statistics/106227/. İnfoqrafika əlavədədir.
Kaspersky istifadəçilərə aşağıdakı kibertəhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir:
• qeyri-rəsmi/üçüncü tərəf mənbələrdən proqram yükləməyin;
• naməlum göndəricilərdən gələn e-poçtlardakı və ya şübhəli reklamlarda yer alan şübhəli linklərə keçid etməyin;
• güclü və unikal şifrələr yaradın, böyük və kiçik hərflərin, rəqəmlərin və durğu işarələrinin birləşməsindən istifadə edin və mümkün olduqda iki faktorlu autentifikasiyanı aktivləşdirin;
• yeniləmələri müntəzəm olaraq quraşdırın, onlar vacib düzəlişləri ehtiva edir;
• Kaspersky Internet Security kimi etibarlı təhlükəsizlik həlli quraşdırın.
Təşkilatlar üçün:
• zəifliklər vasitəsilə şəbəkəyə icazəsiz daxil olmamaq üçün şirkətdə istifadə olunan bütün proqram təminatını mütəmadi olaraq yeniləyin;
• işçiləri korporativ xidmətlərə daxil olmaq üçün güclü şifrələrdən, həmçinin uzaqdan xidmətlərə daxil olmaq üçün çoxfaktorlu autentifikasiyadan istifadə etməyə təşviq edin;
• davranış aşkarlama moduluna və şəbəkədə anomaliyaların baş verməsinə nəzarət etmək imkanına malik olan biznes üçün Kaspersky Endpoint Security kimi etibarlı təhlükəsizlik həllini seçmək;
• yeni və artıq məlum olan təhdidləri vaxtında aşkar etmək və onların törətdiyi fəsadlara cavab vermək üçün son cihazların effektiv mühafizəsi, təhlükələrin aşkar edilməsi və onlara cavab verilməsi üçün xüsusi alətlər dəsti tətbiq etmək;
• ən son təcavüzkar üsulları, taktikaları və prosedurlarından xəbərdar ollmaq üçün kibertəhdidlər haqqında ən son məlumatlara müraciət edin.
* Yükləyici – yoluxmuş cihazlarda digər zərərli və ya arzuolunmaz proqramlar quraşdıran zərərli proqram.