Azərbaycan şriftləri və @font-face barədə

Bu yaxınlarda bir layihədə işləyərkən font (yəni şrift) anlayışı ilə ətraflı maraqlanmalı oldum. Topladığım qeydləri və informasiyaları burada səliqəli şəkildə qeyd edirəm ki, hamılıqla çatışmamazlıqları qeyd edək və yeni...

Şriftlərdə çatışmayan "Ə" hərfinin düzəldilməsi

Hər dəfə «A2 AzLat» tipli köhnə şiriftlərlə yazılmış kitablara rast gələndə, türklər demiş «qıcıq» oluram. Belə mətnlər latınca yazılıbmış kimi görünsə də Copy+Paste edəndə rus hərfləri ilə yazıldığı məlum olur. Microsoft 2000-ci ildən "ə" hərfimizi əsas şrifitlərinə əlavə edib, «Azeri (Latin)» klaviatura düzümünü yaradıb, amma bizdə hələ də «Rus» düzümü ilə mətn yığanlarımız var. Mən bunun səbəblərini açıb-tökmək istəmirəm,...