Google, GroupOn-u 2,5 milyard dollara alır

Deyilənlərə Google və Yahoo arasında alış-veriş saytı GroupOnu satın almaq üçün mübarizə aparırdı. Bu gün yayılan xəbərlərə görə, kimin üstün gəldiyi müəyyən oldu. Buna görə Google, GroupOnu 2.5 milyard dollarlıq təklif qarşılığında satın almağı bacardı. Müqavilə detallarının ortaya çıxması və rəsmi razılaşmanın birjaya bildirilməsi isə gələcək həftə reallaşacaq. GroupOn: Bu sayt bir çox əşyanı, uyğun qiymətlərlə, 24 saatlıq periyodlarda satışa təqdim edən sayt, hər ay 50 milyon dolların üstündə gəlir əldə etməyi bacarır və saytın bazar dəyəri 1 milyard dollara yaxındır. Google və Yahoo arasında yaşanan...

Wordpress.org-da yeni Cevher!

Son günlərdə Azərbaycanda WP istifadəçilərinin kəskin surətdə artması ilə birlikdə çox uzun zamandır beynimdə olan bir fikri canlandırmaq qərarına gəldim… Bu bayram günləri də hərdən işləyib yarım qoyduğum proqramı tamamlamağa köməkçi oldu. Xülasə CevherShare adı verdiyim WordPress paylaşma qoşmasını ərsəyə gətirdim… Nədir bu CevherShare? ( http://www.wpusta.com/blog/cevhershare/ ünvanındakı açıqlamanı eynilə Sizə...

Facebook artıq ikinci ən böyük video izləmə saytıdır

comScorenin imzasını daşıyan Amerika əsaslı hesabata görə, Avqust sonu etibarı ilə Facebook Yahoonu geridə buraxmağı bacararaq dünyanın ikinci ən böyük video göstərmə saytı oldu . Google-un hələ də açıq şəkildə qabaqda olduğu sıralamada, 58.6 milyonluq ziyarətçi və 243 milyonluq cəmi göstərmə ilə ikinci sıraya yüksələn Facebooku, 53.9 milyonluq ziyarətçi və 229 milyonluq cəmi göstərmə ilə Yahoo izləyir. Google isə il sıranı 146,274...

"Facebook" rəqiblərini qabaqladı

İnternetdəki ən böyük sosial şəbəkə olan «Facebook» rəqibləri «Yahoo!» və «Microsoft»u geridə qoyaraq ABŞ-ın veb-reklam bazarında lider mövqeyə yiyələnib. «PC World» bildirir ki, 2010-cu ilin I rübündə banner reklamının nümayişi baxımından «Facebook» ilk dəfə «Yahoo!»nu qabaqlayıb. İndiyədək «Yahoo!» ABŞ-da banner nümayişinin şəksiz lideri sayılırdı. Bu ilin əvvəlində «Facebook»un payına bütün bannerlərin 16,25-i düşüb. Sosial...

Yahoo! Foursquare’i almaq istəyir

Nəsə son zamanlarda satın alma xəbərləri çoxalmağa başlayıb. Hər kəs movqeyini yaxşı təyin etmək istəyir deyəsən. Son zamanlarda işləri düz gətirməyən Yahoo isə deyəsən özünə nəsə bir şey fikirləşmək istəyindədir. Satın almaq qərarlarında gecikən Yahoo bu dəfə irəli düşmək istəyir. Ona görə location əsaslı servis olan Foursquare ’i satın almaq istəyir xəbərləri gəzməyə başlayıbdı. Xəbəri Silicon Valley Insider veri bdi ....

Yahoo! da Çinli hackerlərin hədəfi oldu

Google `dan sonra, indi də Yahoo! Çin qaynaqlı hack hücumlarının hədəfindədir. 12 adamın Yahoo e-poçt hesabı hacklandı. Google ilə yaşanan gərginlikdən sonra Google Çindən bazarından çıxdı və son olaraq Çin səssiz sədasız ölkəsindən Google`ın senzurasız axtarışlarına məhdudiyyət qoydu. Çin və Google arasındakı soyuq müharibə davam etdiyi vaxt bu dəfə də Yahoo, Çin qaynaqlı hack hücumlarına hədəf oldu. Associated Pressin xəbərinə...

Google Picnik`i də aldı

Dünən Apple barəsində yazmışdım. Steve Jobs rəqiblərinə xüsusəndə Google acıq vermək istəyən bəyanatlar yaymışdı . Demişdiki bəs pulumuz çoxdur, ay nə bilim çoxlu satın almalar edəcəyik. Steve əmi saydığını saysın görsün Google nə sayır. Artıq yeni bir sayt daha satın alıbdır. Saytın adı Picnik.com `dur. Qiymət haqqında bir məlumat ala bilmədim. Bir rəqəm tapan kimi paylaşacam. Bu satın almada maraqlı tərəf isə başqadır. Sayt son...

Microsoft və Yahoo Birləşdi

Proqram və internet dünyasının iki nəhəng şirkəti Googlenin önünü kəsmək üçün birləşdilər.Bing və Yahoonun birləşməsi YaBing adlandırıldı. İyul ayında Microsoft və Yahoo axtarış mühərrik dünyasını dəyişdirəcək bir proyekt üçün müzakirə masasına oturmuşdu. İki firma, axtarış mühərriklərinin güclərini birləşdirmək üçün həll axtarırdı. Microsoft və Yahoo CEOləri dünənki yığıncaqda razılaşdıqlarını açıqladılar. Qeyri-rəsmi olaraq iki...

Yahoo! ilə Twitter əməkdaşlıq edəcək.

Yahoo ! indi də Twitter ilə anlaşdı :) Bundan sonra Twitter-ə Yahoo-nun içindən əlimiz çatacaq. Tweet-ləri Yahoonun servisərindən istifadə edərkən izləyə, dəyişə bilinəcək. Yahoonun axtarış nəticələrində tvviterdən real-time nəticələr veriləcək. P.S. Google BUZZ deyəsən hürkütməyə başlayır rəqiblərini :-) Mənbə: mashable.com/2010/02/23/yahoo-twitter-2/

Texnologiya sahəsində rəqiblər artır

Nəsə son zamanlarda texnologiya şirkətləri bir-birlərinin bazarına girməyə başlayırlar. Gedərək rəqabət qızışır. Əvvəl daha çox hamı Microsoft`a «cırnayırdısa» indi artıq vəziyyət dəyişibdi. Müxtəlif güclü qütblər yaranır və onlar arasında ciddi mübarizə başlayır. İndi biz Google-Apple ( Nexus One-iPhone, Tablet PC`lər, Chrome-Safari, Chrome OS-Macintosh ), Google-Microsoft ( Chrome-Explorer, Windows-Chrome OS, Windows Mobile-Android,...

Microsoft və Yahoo axtarışlarını birləşdirdi

Proqram və internet dünyasının iki nəhəng şirkəti Google `un önünü kəsmək üçün birləşdilər. Ötən ilin iyul ayında Microsoft və Yahoo axtarış mühərriki dünyasını dəyişdirəcək bir proyekt üçün müzakirə masasına oturmuşdu. İki firma, axtarış mühərriklərinin güclərini birləşdirmək üçün həll axtarırdı. Microsoft və Yahoo CEO`ları dünən etdikləri yığıncaqla razılaşdıqlarını açıqladılar. Qeyri-rəsmi olaraq iki şirkətin axtarış mühərriki...

Ubuntu və Yahoo razılaşması.

2009-cu ildə Yahoo `dan az xəbər alırdım. Nə axtarışını düz-əməlli inkişaf elətdirdi, nə də başqa tutarlı bir yenilik elədi. Məəncə Yahoo`nun axtarış motorunda çox böyük üstünlüyü var. İndi isə fikrimcə Yahoo`nun əlində ən yaxşı proyekt Flickr`du. Deyəsən 2010`da Yahoo yenidən meydanlara qayıdır. O Google və Bing`ləmübarizəyə başlayacaq. İlk xəbər isə Ubuntu ilə razılaşması oldu. Ubuntu Linux`un arxasındakı şirkət Canonical, Yahoo ilə...

Böyük şirkətlərin rəqabəti

Texnologiya sahəsində fəaliyyət göstərən nəhəng şirkətlərin bir-birinə qarşı rəqabət sahəsi genişlənir. Bu sahədə əsasən 3 böyük və 1 orta şirkətin mübarizəsi var. Onlar getdikcə bir-birlərinin fəaliyyət sahəsinə daxil olurlar. 2008`də başlayan iqtisadi böhran 2009-cu ilin ikinci yarısından sonra sona çatdı. Bundan sonra şirkətlər daha böyük sərmayə qoyuluşları və yeni sahələrə giriş etdilər. Xüsusəndə son zamanlar Google`un xəbərlərini çox...

ABŞ bazarında Axtarış motorlarının reytinqi (dekabr)

Nielsen Şirkəti Dekabr ayı üçün Axtarış motorlarının reytinqini açıqlayıb. (ABŞ bazarı) DEKABR NOYABR Cədvəldən də göründüyü kimi Google-a rəqib olmaq istəyən Yahoo! və Bing 1% ə yaxın pay itirmişdir. Google ilə rəqabətə davam gətirə bilmək üçün Yahoo və Bing xeyli işləməli olacaq :) Mənbə

2009`un sonunda Facebook Amerikada ən çox ziyarət edilən sayt oldu.

İlin axırı, Facebook üçün düşərli oldu. Sosial şəbəkə Facebook, tarixində ilk dəfə Amerikada ən çox ziyarət edilən sayt olmağı bacardı. Milad tətili əsnasında Facebook`a axını, sosial şəbəkənin tarixindəki ilklərə bir başlıq daha əlavə etdi. İki günlük də olsa Google`un ziyarətçi sayını geridə qoyan sayt, Amerikanın ən çox ziyarət edilən ünvanı olmağı bacardı. 24 dekabr gecəsi və 25 dekabr səhəri, reallaşan bu hadisə, yeni il...

Youtube, Facebook, Twitter, Bing və Yahoo`da 2009`un ən çox axtarılan sözləri

Bir müddət əvvəl Google 2009`un ən çox axtarılan sözlərini açıqlamışdı . Məndə Azərbaycan üçün olan nəticələri yazmışdım . İndi də digər böyük saytlar statistikaların açıqladılar. Birinci olaraq Youtube haqqında. Əvvəlcədən onu deyim ki, Youtube hər nə qədər search engine olmasa da, həmin sayt üzərində edilən axtarışlar sayına görə ancaq Google `dan geri qalır. Youtube axtarışları aylıq olaraq veribdi . Yəni il ərzində 12 ən...

Texnologiya şirkətlərində yeni il tətilləri

The Wall Street Journal-a istinadən xəbər verir ki, Yahoo! korporasiyası 1 həfətliyinə--- dekabrın 25-dən yanvarın 1-dək bütün dünya üzrə öz işini dayandırır. Yalnız portalın işlək vəziyyətdə saxlanması və baza funksiyalarını həyata keçirən şöbələr işləyəcək. Şirkətin bu cür qərar qəbul etməsinin məqsədi həftə ərzində ənənəvi olaraq işgüzar fəallığın azalmasına rəğmən məsrəfləri ixtisar etməkdir. ABŞ-da işçilər adətən belə hallarda haqqı...

Əməliyyat sistemləri, axtarış motorları və internet səyyahları statistikası

2008-ci ildən 2009`un sonlarına doğru olan bəzi statistik məlumatlarla tanış oldum və bölüşmək istədim. Bu statistikalar bir qədər müqayisəlidir. Hamımız internet səyyahları arasında İnternet Explorerin lider olduğunu bilirik, Əməliyyat sistemləri arasında Windows`un, Axtarış sistemindədə Google`un. Bu statistikada isə onların il ərzindəki qrafiləri və mobil dünyadakı yerləri göstərilibdi. Keçim indidə statistikaya. Əvvəl internet...

Yahoo və Microsoft şərikliklərini möhkəmləndirir

İki nəhəng arasındakı iş ortaqlığı razılaşmasında müddət tamamlandı, rəqabət üzrə qurumlar da razılıq versə Yahoo və Microsoft internet qardaşı olacaq. İyul ayında toxumları atılan Microsoft Yahoo birlikdəliyində xoşbəxt son yaşandı. Həftə sonu, iki şirkət arasındakı «flirt»ün sona gəlindiyini açıqlayan tərəflər, gələn il işə başlamağı planlayır. İnternet axtarışları, reklam və təqdimat bazarında yenilikçi işlər və daha möhkəm...