Twitter-də "cashtag" dövrü başlayır [yeniləmə #1]

İnternet dünyasının məşhur sosial şəbəkə və mikroblog xidməti Twitter, birinə cavab vermək üçün istifadə edilən @ və bir mövzudan bəhs etmə əsnasında istifadə edilən # işarələrindən sonra $ işarəsini istifadəyə başladı . «Cashtag» olaraq adlanmağa başlanan $ işarəsiylə birlikdə, mesajlarda adı çəkilən firmalar tag-lənə biləcək və bu sayədə Twitter dünyasında tag-lənən firmayla əlaqədar son paylaşılan məlumatlara, məsələn anlıq bazar məlumatlarına, xüsusən də birja məlumatlarına birbaşa olaraq çatıla biləcək. Twitterin öz rəsmi hesabındakı statusta istifadəyə təqdim edilən «Cashtag» ilə ilə tag-lənən firma isə...

Apple və Twitter arasında razılaşma ola bilər

117,2 milyard dollarlıq nağd pulu ilə texnologiya dünyasının iqtisadi baxımdan ən rifah içərisində olan şirkətlərinin başında gələn Apple, kiçik firmaları satın alaraq sərmayəyə davam edir. Ancaq NYT-ın iddia etdiyi son sərmayə iddiası isə səs gətirəcək; Apple, Twitter ilə maraqlanır. iOS 5 və OS X ML ilə Twitterə rəsmi olaraq dəstək verməyə başlayan Apple, iddiaya görə Twitter ilə təxminən bir ildir görüşmələr davam edir. Görüşlərin...

GTalk və Twitter-də problemlər

Bu gün internetin 2 nəhəngində texniki problemlər yaşandı. İlk olaraq Google-un həm Gmail daxili həm də əlavə proqram ilə işləyən jabber əsaslı messenger sistemi GTalk «down» oldu. Problem Google-un rəsmi saytında xidmətlərinin istifadə və xidmət detallarını təqdim etdiyi paneldə də yer aldı. Saat 15:40 etibarı ilə Google tərəfindən fərq edilən problemə dərhal müdaxilə edilməyə başlandı və Google işçiləri problemi aradan qaldırmaq üçün...

London 2012 Sosial Mediada [yeniləmə#3]

4 ildən bir reallaşan Olimpiadanın növbətisi başlayacaq. Olimpiada üçün bu il Sosial Media da hazırlıq görməyə başlayıb. İlk olaraq 2 nəhəng Sosial Media nəhəngi bu barədə açıqlama veriblər. Facebook, Olimpiada üçün xüsusi səhifə düzəldib — www.facebook.com/pages/olympics . Bu xüsusi səhifədə Facebook «page» anlayışına uyğun olaraq, Olimpiada ilə bağlı bütün page-lər xüsusi başlıqlarla bir araya gətirilib. Olimpiada və London...

Twitter axtarışı sadələşdirdi

Twitter mikrobloqinq servisi axtarışı sadələşdirib. Bundan sonra servisin axtarış bölməsi istifadəçinin aramağa çalışdığı sözün ilk hərflərini yazmağa başlamasından sonra kəlməni avtomatik tapmağa çalışır və açılan menyudan axtarış sorğusunu təqdim edir. Axtarış nəticələri tvitlər və istifadəçilərin adları təki iki yerə bölünüb. Axtarış sadələşsə də, hələlik tam təkmilləşməyib.

Twitter izləyici, Facebook abunə və saytınıza istifadəçi artırmaq

Twitter İzləyici, Facebook Abunə Və Saytınıza İstifadəçi Artırmaq üçün aşağıda müxtəlif vasitələr qeyd etmişəm. Twitter izləyici Bir neçə vasitə var ki, bunlardan hansılar sizlərə uyğundursa ondan istifadə edərsiniz. Bura ya daxil olun və açılan səhifədə «Kaydol» və ya «Giriş» pəncərələrinə daxil olun. Twitter hesabınız ilə daxil olun. Sistem saatda 25 nəfəri izləməyə imkan verəcək. 25 adamı izləyib bal toplayırsınız. Sizi...

Twitter üzr istədi

Twitter mikrobloqinq servisi dünən baş vermiş texniki problemlərə görə bütün istifadəçilərindən üzr istəyib. «Bunun səbəbi haker hücumu, yeni ofisə köç, „Avro-2012“ və ya avatarlardakı qiflər deyil. Qlobal problem proqram təminatının bir səhvə görə yaratdığı zəncirvari reaksiya ilə bağlıdır. Bu zəncirvari səhv aşkarlanan kimi zəruri tədbirlərə əl atdıq. Ən başlıcası isə proqram təminatını yeni versiyadan çıxararaq stabil, köhnə versiyaya...

Twitter-də "tweet"lərlə bağlı kiçik dəyişikliklər oldu

Uzun zamandır Twitterdə bir mesaj retweet edildiyində və ya favoritlərə əlavə olunduğunda, 50-dən sonrası +50 olaraq göstərilirdi. 50-dən yuxarı retweetlerde paylaşılan mesajların tam olaraq nə qədər istifadəçi tərəfindən paylaşıldığı aydın olmurdu. Bu çətinliyi aradan qaldırmaq üçün üçüncü partiya proqramlar hazırlansa da problemin daha dəqiq həlli Twitterdən gözlənilirdi. Artıq RT sayı və neçə adamın o tweeti favoritlərinə əlavə...

Dünyanın Sosial Media xəritəsi

Müəyyən periyotlarda ölkələrin sosial şəbəkə seçimlərini araşdıran — Sosial Media Strategiya Mütəxəssisi — Vincenzo Cosenza İyun 2012 hesabatını nəşr etdi. Dünya üzrə 137 ölkə üzərində reallaşdırılan araşdırmada lazımlı məlumatlar Google Trends və Alexadan alındı. Ölkə əsaslı sorğulama nəticəsində ziyarətçi trafikləri ölçülən sosial şəbəkələr üçün yeni xəritə təyin olundu. Buna görə dünya lideri Facebook. 137 ölkənin 126-ında ən çox...

Twitterin Azərbaycan seqmentinin son dövrlər üzrə statistikası [infoqrafika]

Azərbaycan internet məkanında mövcud olan iri tədbirlərdən biri — «Bloqosfer 2011» zamanı AzTwi komandası Twitter-in Azərbaycan seqmentinin geniş statistikasını təqdim etmişdi, mənbə kimi 1 ildən çox müddət ərzində apardığı montitorinq və analitikadan istifadə edilmişdi. Hazırda əsas portalımız olan aztwi.com inkişaf etməkdə davam edir. Son dizayn yenilikləri ilə yanaşı saytda profil-hesaba daxil olma imkanının yaradılması, tanınmış...

Twitter logosunda kiçik dəyişiklik edildi

Ən böyük iki sosial şəbəkədən biri olan Twitter , məşhur quş mövzulu logosunda dəyişiklik etdi. Twitterin simvolu olan və ad yazmasa da Twitteri xatırladan mavi quş, yeni logoyla birlikdə başını bir az daha yuxarı qaldırır. Twitterin rəsmi blog səhifəsindən də açıqladığı və hələlik saytın ana səhifəsində, alt səhifələrin üstündə və saytlara qoyulan Twitter barlarında istifadə edilən yeni logoda üç əhəmiyyətli dəyişiklik var....

Twitter, iOS və Android app-larını yenilədi

Yenilən app-ların bir sıra xüsusiyyətləri daha da zəngiləşdirilib . Bu dəfə iki populyar mobil platforma üçün də eyni vaxtda yenilik edilib. Yeni «update» sayəsində Twitterdə nələr olub bitdiyini izləmək artıq daha asan bir hal alacaq. Xüsusilə kəşf etmək, axtarmaq və bildirişlər daha funksional olub. «Kəşf et» (Discover) tab-ı yenilən əsas hissələr arasındadır. Burada sizə izlədiklərinizə aid yenilikləri görmək şansınız...

Twitter hashtag-lərində Azərbaycan şriftlərini dəstəkləyir - #əıöüğçş

Twitter microblog-unun ən vacib hissələrindən biri də hashtag -lərdir. Hashtag-lər əsasən ingilis şriftlərindən istifadə edilərək yazılırdı. Bu günki Twitter müşahidələrindən görmək olur ki, Azərbaycan şirftləri də artıq hashtag-lərdə dəstəklənir. Əvvəl Azərbaycan şriftlərini hashtag-də istifadə etdikdə, şriftlər işlənən yerə qədər link yaranır, şrift işlənəndə isə, ondan sonrakı simvollar linkdən kənarda qalırdı. Bu da...

Vəfat etdikdən sonra sosial şəbəkələr və e-poçt hesablarınızın silinməsi

Həmişə düşünülən məsələ olubdur. Öldükdən sonra bu hesablarımız nə olacaq? Nə olacağını yaxınlarınıza bu yazını bildirməniz bəsdir. Qalanını onlar edəcək :) FACEBOOK Facebook, vəfat edən yaxınlarının hesabını silmək istəyən ən yaxın qohumların istəklərini bir müraciət formasıyla qeydə alır. Bu əməliyyat sonunda vəfat edən adamın profili və əlaqəli bütün məzmunlar Facebookdan tamamilə qaldırılır. Və ya vəfat edənlərin profilləri...

Twitter, Posterous-u satın aldı

Blog ilə mikroblog arasındakı, yayım platforması olan Posterous, rəsmi blogunda Twitter tərəfindən satın alındığını yazdı . Eynilə Tumblr kimi, Posterous da veb üzərindən məzmun paylaşmasını çox asanlaşdırmaq üzərinə qurulmuş bir platformadır. Video, yazı, fotoşəkil vs. paylaşmalar üçün sadə bir sistemdir. Twitter ilə inteqrasiyanın necə təmin ediləcəyi isə ağıllara gələn ilk sualdır. Twitter-in blogunda da mövzu barədə...

Twitter`a yeni dillər əlavə olundu.

Mikro bloq saytı Twitter, istifadəçiləri arasında ünsiyyət və interaktivliyi təmin etməsinin xaricində, son zamanlarda xüsusilə Orta şərq və Şimal Afrikada yaşanan qiyamlarda etirazçıların mütəşəkkil olmasında əhəmiyyətli bir rol oynamışdı. Bu rol istiqamətində saytın dəstəklədiyi dil sayında da artım oldu və Orta şərq, Şimal Afrika və Orta Asiyada əhəmiyyətli bir kütlə tərəfindən danışılan dillər də Twitterdə yerini aldı. Twitterin...

Twitter, tweet-ləri tərcümə etmək imkanını istifadəyə verir.

Twitter , gələn bütün tweetleri avtomatik olaraq istifadəçinin dilinə tərcümə edən bir sistem üzərində işləyir. Bu işdəki şəriki isə Microsoftdu. Twitter, fərqli insanların müəyyən mövzulardakı fikirlərini izləmək üçün ideal sosial platformadır. Ancaq bu fikirlər müxtəlif dillərdə olduğu üçün, bütün yazılanları başa düşmək olmur. Belə görünür ki, bunu nəzərə alan platforma istifadəçilər üçün tərcümə sistemini istifadəyə verəcək....

Twitter-in istifadəçiləri 500 milyona çatır

Twitter, 500 milyon istifadəçi sayına çox yaxınlaşıb. Belə ki İngilis The Wallın xəbərinə görə mikroblog yaxın günlərdə 500 milyon istifadəçini keçəcək və ya artıq keçib. The Wall tərəfindən hazırlanan və uzun müddətdir yenilənən məlumatlar mikroblogun 2007-ci ildən bu yana üzv sayında göstərdiyi böyük qrafiki də göstərir. 2010-cu ilin ortalarında Twitterdə istifadəçilər tərəfindən gündə 65 milyon status yazılırdı....

Twitter-də korporativ hesablar üçün xüsusi səhifələr

Twitter-də adi userlər və korporativ hesablar fərqlənmirdi. Facebookda isə korporativ müştərilə üçün xüsusi səhifələr və burada çoxlu imkanlar olduğunu da bilirik. Twitter qısa bir müddətdir ki, Enhanced profile pages adını verdikləri hesabları test edir. Bu səhifə növündə standart hesabdan bir sıra fərqliliklər mövcuddur . «Header image» imkanı : Bu üst hissədə profil məlumatları ilə, tweetlər arasında bir 835x90px ölçülərə...

Sosial Mediada reklam kampaniyaları

Son zamanlarda, dost-tanış çevrəsində misal çəkdiyim bəzi Sosial Media reklam «case study»ləri olurdu. Həmin bu reklam nümunələrini onlarla paylaşmağımı istəyənlər çoxaldığından, düşündüm ki, blogda da həmin nümunələri yerləşdirim. Beləcə gələcəkdə də, yerli və ya xarici maraqlı Sosial Media «case»ləri olduqca paylaşaram. Əgər sizin qarşınıza belə nümunələr çıxsa, siz də paylaşarsınız. Azərbaycanda təəssüf ki, Sosial Media...