Youtube, Facebook, Twitter, Bing və Yahoo`da 2009`un ən çox axtarılan sözləri

Bir müddət əvvəl Google 2009`un ən çox axtarılan sözlərini açıqlamışdı . Məndə Azərbaycan üçün olan nəticələri yazmışdım . İndi də digər böyük saytlar statistikaların açıqladılar. Birinci olaraq Youtube haqqında. Əvvəlcədən onu deyim ki, Youtube hər nə qədər search engine olmasa da, həmin sayt üzərində edilən axtarışlar sayına görə ancaq Google `dan geri qalır. Youtube axtarışları aylıq olaraq veribdi . Yəni il ərzində 12 ən çox axtarılan söz var ki, bunlardan 2 ayın lideri isə Michael Jackson olubdu. Sıralamadakı populyar sima təkcə M.Jackson deyil. Christian Bale, Usain Bolt, Kayne West, Tiger Woods kimi simalarlada...

Twitter Hack Olundu

Twitter Iranian Cyber Army Deyə bir qrup tərəfindən hack olundu. Farsca yazılan yazıdakı mesaj aşağıdakı kimidir: Iranian Cyber Army THIS SITE HAS BEEN HACKED BY IRANIAN CYBER ARMY [email protected] U.S.A. Think They Controlling And Managing Internet By Their Access, But THey Don’t, We Control And Manage Internet By Our Power, So Do Not Try To Stimulation Iranian Peoples To…. NOW WHICH COUNTRY IN EMBARGO...

Google`da anlıq axtarış

Heç kimə sirr deyil ki, Google axtarış devi olmasına baxmayaraq Twitter `in populyarlaşmasından sonra bəzi məqamlarda ona uduzurdu. Beləki araşdırmalar göstərirdi ki, insanlar o an nəyin baş verdiyini bilmək üçün axtarışı məhz Twitterdə edirdilər. Təbii ki, Google belə böyük bir bazar payını gözardı edə bilməzdi. Dünən Google rəsmi blogunda yazılan geniş yazıda bu barədə məlumat verdi. Axtarışı test etmək üçün keçid+...

Twitter 360

Apple iPhone üçün yeni bir proqram çıxıbdı. Adı da Twitter 360 `dı. Bundan istifadə etməklə sizə yaxın olan adamların Twitter`də nələr yazdıqlarını və sizə nə qədər yaxın olduğunu görmək mümkündü. Təbii ki bu Amerikada daha maraqlı bir servis olacaqdı. Çünki orada Twitter çox istifadə olunur. Videoda daha ətraflı:

URL`unu əz!

İnternetdə hər gün adam yeni xəbər, yeni sayt eşidir. Xüsusilə Twitter dövrünün başlaması ilə birgə URL qısaltma servislərinə də tələbat artdı. İstifadələri çoxaldı. Hər kəs ən qısa URL`i təqdim etmək üçün bir-birləri yarışırlar. Mənim ən çox istifadə etdiyim yerli URL qısaltma servisi olan url.az `dır. Mən bu servislərdən ən qısası olaraq p.ly `ni bilirdim. API verdiyi üçündə papulyarlığı artar deyə düşünürəm. Bu gün...

PlayStation3`ün Facebook`a inteqrasiyası

Sosial şəbəkələr hər ötən gün gündəli həyatın bir parçası halına gəlir. Xüsusəndə Facebook və Twitter bu sahədə ən qabaqda gedən şəbəkələrdəndir. Biri macro digəri isə micro sosial sahədə öz mövqelərini hər gün daha da gücləndirirlər. İlk əvvəl Microsoft XBox 360 həm Facebook, həm də Twitter ilə inteqrasiyalı etmişdi. Bu dəfə isə PlayStation 3, Facebook ilə inteqrasiyalı sistemini açıqladı. PS3`də oynadıığınız oyunlardakı...

#Twitter office 3.0

Microbloging və social media sahəsinin aparıcı «oyunçu»su olan Twitter `in yeni ofis şəkilləri internetdə çıxıbmış. Başlıqda ona görə 3.0 yazmışamki, bu Twitter`in 3-cü ofisidir. Əvvəl ofis Bebo `nun olubmuş. İndi yeni dekorasiya ilə Twitterin olubdu. Sentyabrda 100 milyon dollarlıq kapital qoyuluşu olmuşdu. Bundan sonra ofislərini də dəyişdilər. Sağ əlləri bizim başımıza. Flickr`də də fotolar ı veriblər....

Twitter statuslarını Linkedin üzərindən də yeniləmək mümkün olacaq

Dünyada ən populyar status yeniləmə — mikro blog servisi olan Twitter demək olarki artıq rəqibsiz olubdur. Bunu onun bağladığı müqavilələr deməyə əsas verir. Növbəti razılıq isə dünyanın 1 nömrəli biznes şəbəkəsi olan Linkedin `lə əldə olunubdu. Bundan sonra Linkedin`da yazdıqlarınız Twitter`ə avtomatik göndəriləcək. Eyni zamanda #li #in tag`lərdən istifadə edərək də Twitter`də yazdıqlarınızı Linkedinə ötürmək mümkün olacaq....

Youtube down oldu

İnternet saytların ən çox əziyyət çəkdiyi problemlərdən biridir serverlərin həddindən artıq yüklənməsi və down olması. Buna elə ingilis dilində «down» deyilir. Azərbaycancaya hərfi tərcüməsi «aşağı»dır bu sözün. Əsl mənası isə serverin həddindən artıq yüklənməsi, və ping`lərə, ona yönləndirilən sorğulara cavab verməməsidir bildiyimiz kimi. Bu problemin bir çox səbəbləri və müxtəlif həlləri var. Ancaq ən çətin həlli serverin çox istifadəçi...

Twitter iki komandayla birdən müqavilə imzaladı

Həm Google həm də Bing , Twitter lə razılaşdıqlarını açıqladılar. Bir müddət əvvəl xəbər yayılmışdıki axtarış sistemləri twitterlə razılaşmağa çalışırlar. Artıq bu məsələ yekunlaşıbdı. Həm Google həm də Microsoft Bing, bir anda milyonlarla «tweet» istehsal edən mikro blogun məzmununu axtarış mühərriklərində istifadə edəcək. Twitterdə yayımlanan bütün yazıları dərhal istifadə etmə haqqı qazanan iki nəhəng şirkət, bu...