Azercell-in Facebook cavabı: SMS notificationları

Sosial media hər ölkədə olduğu kimi bizim ölkədə də öz populyarlığını artırır. Xüsusən Facebook bu sahədə ən çox istifadə edilən resursdur. Ona görə də hamı Facebooka diqqət yetirir. Martın əvvəlində mobil operatorlarımızdan Bakcell-in yeni 0 Facebook xidməti barədə yazı paylaşmışdıq. Rəqibinə Azercell -in cavabı da çox gecikmədi — SMS notificationları. Yəni şəbəkədə aldığınız notificationları( bildiriş ) SMS vasitəsi ilə telefonunuzdan ala biləcəksiniz. Sistem hələki test mərhələsində olana oxşayır. Çünki, rəsmi reliz yoxdur. Sosial şəbəkələrdən əldə etdiyim məlumat dan sonra mən də yoxladım. Hesaba daxil olub,...

Bakcell-in mobil internet nasazlığı haqqında açıqlaması

Press-reliz: Bakcell abunəçilərinin nəzərinə. Azərbaycanın ilk mobil operatoru Bakcell bildirir ki, dünən texniki səbəblərlə əlaqədar “Bakcell” abunəçilərinin mobil telefonlar vasitəsilə bəzi İnternet səhifələrinə, o cümlədən bəzi sosial şəbəkələrə ( red: Facebook ) daxil olmasında müəyyən texniki problemlər yaranmışdır. “Bakcell” şirkəti yaranmış texniki problemləri martın 7-də gecə saatlarında aradan qaldırmışdır. Artıq “Bakcell”...

Bakcell-in yeni 0 Facebook xidməti

Əksərən Bakcell haqqında o qədər də pozitiv yazmamışam. Bu dəfə ənənəni pozacam ( sözün düzü Bakcell keçmiş imicindən xilas olub, o imicə Azerfon-u itələyir, bu ayrı blog postumun mövzusu olacaq ). Bir neçə vaxtdır ki, Bakcell ilə Facebook arasında olan danışıqlar öz səmərəsini verir. Yaxın zamanda Bakcell mobil internet istifadəçiləri üçün yeni bir xidməti olacaq. Bu barədə əslində Yanvar ayının 15-ində Twitterdə yazmışdım ,...

Bakcell-in fake 3G-si

Yəqin ki, Bakcell -in 3.5G datakart reklamlarını hər kəs görüb . 3.5G sözünə olduqca çox vurğu edilir, çox qabardılır. Modemdə hər nə qədər 3.5G deyilsə də, Bakcelldə 3G servisi yoxdur . Sadəcə mobil internet olaraq GPRS ən yaxşı halda isə EDGE-dir . İndiyə qədər buna o qədər də əhəmiyyət vermirdim. Ta ki, son bir neçə gündə rastlaşdıqlarıma qədər. Bir neçə gün əvvəl Türkiyədə sosial media sahəsində çalışan və...

Virtual Assistant

Əvvəla onu deyim ki, bu weboxu-da ilk yazımdır. Bilmirəm necə başlıyım :D Bu yazımla bir müddət bundan öncə ilk versiyasını hazırlayıb başa çatdırdığım bir sistemi tanıtmaq və ona münasibəti öyrənmək istəyirəm. Ona görə istərdim ki, müəyyən qədər sistemin nə iş gördüyünü deyim. Deməli adından da göründüyü kimi, bu proqram istifadəçilərin köməkçisi yerindədir, belə ki, proqram hələki(sonrakı versiyalarında inkişaf etdiriləcək) dört hissədən...

Azərbaycanda ən çox istifadə edilən telefon Nokia, operator isə Azercell-dir.

Bu ilin mart-aprel aylarında “Business Insight” Internarional Research GROUP şirkəti Bakı, Gəncə, Mingəçevir, Şirvan, Masallı, Quba şəhərlərində yaşayan əhali arasından təsadüfi yolla seçilmiş 1155 respondentlə Kəmiyyət Araşdırma metodunun Telefonla Klassik Anket sorğusu üsulundan istifadə edərək növbəti Həyat Tərzi araşdırmasını həyata keçirib. Respondentlərin 47 faizi kişi, 53 faizi isə qadın olub. Onların 46,5 faizi orta, 18,6 faizi...

Keyfiyyətsiz banner reklamları

Bu gün Mail.ru -da Bakcell -in ənənəvi reklamlarından birini gördüm. Əksərən reklamların keyfiyyəti normal vəziyyətdə olurdu. Bu dəfə isə heç gözə xoş gəlmədi. Bannerdə pixellər bilinir. Əslində bu cür bannerlə ilk dəfə deyil rastlaşdığım. Kifayət qədər böyük imicə malik şirkətlərin belə keyfiyyətsiz bannerləri reklam üçün təsdiqləməsi başa düşülməzdi. Adama lap pulsuz proqramlarda düzəldilmiş, basic bannerləri xatırladır. Məsələn...

Bakcell USB modem: Dial-up

Küçədə bilbord reklamlarında görmüş olarsınız. Bakcell də Mobil internet ə ayaq basır. Düzdür elə də böyük addım deyil, amma hər halda heç yoxdan yaxşıdır. Bu Azercell kimi DataKart və ya Azerfon kimi 3G Modem filan deyil. Bu sadəcə USB modem dir. Bakcell`in standart internet paketləri ndən faydalanaraq istifadə eləmək mümkündür. USB modemə Bakcell nömrəsini qoyaraq qoşulursan NET`ə. Burada EDGE göstərilir,...

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

Azərbaycanın birinci mobil rabitə operatoru “Bakcell” şirkəti ölkə infrastrukturuna sərmayə yatırmağa davam edir. Şirkətin baş ofisindən verilən məlumata görə, bu il “Bakcell” şəbəkə dairəsinin kütləvi olaraq genişləndirilməsinə və müasirləşdirilməsinə başlayıb. Bu layihənin çərçivəsində “Bakcell” Naxçıvan Muxtar Respublikasında da əhatə dairəsini əsaslı şəkildə genişləndirib. Bu il ərzində “Bakcell” şirkəti tərəfindən Naxçıvan Muxtar...