Azerfon və Azercell - Ölkədə ilk operatorlar arası MMS

Press-reliz : 01 Aprel, 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone abunəçiləri şəbəkələrarası MMS xidmətindən istifadə edərək digər mobil rabitə operatorunun abunəçilərinə MMS göndərə biləcəklər. AZERFON MMC və AZERCELL TELECOM MMC tərəfindən imzalanan müqaviləyə əsasən hər iki mobil operatorun abunəçiləri öz aralarında MMS göndərmək imkanından yararlana biləcəklər. Digər şəbəkəyə MMS–in göndərilməsi xidməti MMS xidməti aktivləşdirilmiş bütün Azerfon-Vodafone abunəçiləri üçün mümkündür. Digər şəbəkəyə göndərilən bir MMS-in qiyməti 0.15 AZN təşkil edəcək. Abunəçilərin ünsiyyətini daha da rahat və rəngarəng etmək üçün...

İnternetdən maraqlı foto müqayisələr [pics]

Arada karikaturalar və ya maraqlı reklamların screenshotlarını paylaşıram. Bu dəfəki paylaşımda isə əsasən müqayisələr olacaq. Həm yerli həm də xarici məhsulları özündə əks etdirən müqayisələrdir. Baxdıqca həm təəccübləndirir, həmdə təbəssüm yaradır. Əvvəl yerli müqayisələrdən başlayım. İlk yerdə Azercell `in saytı ilə bir Wordpress theme`idir. Azercell`in saytı: Wordpress theme: Bu theme`in URL`ini də...

Azercell`in Datakart üçün yeni reklamı [video]

Bu gün Mak.az `da gördüm bu reklamı : Artlab reklam agentliyi Azercell üçün yeni, imic xarakterli reklam çarxı hazırlayıb. Reklam çarxı Azercell-ə məxsus Datakart üçün hazırlanıb. Belə görsənirdiki, deyəsən Azercell 3G lisenziyasını ala bilmədiyi üçün gücünü verir bu Datakarta. Beləcə imic reklamları ilə aktual saxlamağa çalışır. Mənə isə o maraqlıdır ki, görən bu 3G`dən sonra bu Datakart`ın aqibəti necə...

Azercell - Mobile Call Barring xidməti

Qeyri-rəsmi mənbələrdən aldığım məlumata görə Azercell də yeni bir xidmət istifadəyə veriləcəkmiş. Hələki rəsmi olaraq xidmət istifadəyə verilməyibdi. Düzü son zamanlarda bu Azercell spamları çoxalıbdı, elə bunla bağlı bir araşdırma eləyəndə rastlaşdım bu xəbərlə də. Yeni xidmətin adının Mobile Call Barring adlanması gözlənilir. Bəs bu «Mobile Call Barring» nədir? Bunun vasitəsi ilə siz öz contact əlaqələrinizi, sizə gəlib-gedən...

Azercell-dən Maksimum məsuliyyətsizlik

2 gün əvvəl (26 yanvar) Bakıya qar yağdı. Dostlarımızla birlikdə soyuq havada qızışmaq və nahar etmək üçün Fəvvarələr Meydanında yerləşən McDonalds-a üz tuturuq. Qapının girişindəki Maksimum kampaniyasının elanını görürük və Azercell abonenti olaraq kampaniya imkanlarından istifadə etmək qərarına gəlirik. Saat 14.05-i göstərir – demək ki, kampaniya yenicə başlayıb (qeyd: kampaniya həftə içi günləri, saat 14.00-18.00-dək davam edir)....

Azercell-in Virtual Müştəri Xidməti səhifəsində "Texniki səhv"

Axşamüstü tezbazar SMS göndərmək üçün Azercell-in Webmesaj səhifəsinə daxil oldum. SMS-i göndərəndən sonra, "Ödəmələr" bölməsinə keçdim. Ən sonuncu ödəmə tarixini görəndə, bir az çaşdım. Çünki göstərilən tarixdə mən balansa kontur yükləməmişəm. Ən maraqlısı isə, son ödənilən kontur sayı idi. Şəkildən gördüyünüz kimi, sıfır kontur. Tənbəllik eləməyib 2002-yə zəng etdim. Operator cavab verdi, bu haqda ona məlumat verdim....

Azercell`in WebmesajCell`ində mənfi amillər.

Artıq bir neçə vaxtdır ki, Azercell Webmesajcell xidmətində təkmilləşdirmələr edibdi. Əvvəl belə idi ki, gün ərzində Azercell abonentlərinə 10 pulsuz SMS yollamaq olurdu. Ancaq dəyişiklikdən sonra bir neçə daha əlavələr olubdu. Belə ki, artıq ölkədaxilində bütün mobil operatorlar istiqamətində 100 ödənişli mesaj göndərmək imkanı var. Mesajı yollayırsan və səndən kontur çıxırlar. Mənfi hal isə elə məhz buradadırki, kontur...

Mən Azercell`in "DaydayCell" tarif planından istifadə edirəm.

Bu yazını yazmağa səbəb dünən şəhərdə rastlaşdığım bir hadisə oldu. Yəni tənqidi yazıdan daha çox təklifi yazıdır :). Dünən Sahil metrosundan çıxanda gördüm ki, Maksimumgənc geyimdə bir qrup gənc çıxış tərəflərdə dayanıbdı. Onlar nəsə soruğu keçirirdilər Maksimumçular arasında. Mətləbə keçməmişdən əvvəl maraqlı məqamlardan onu qeyd edimki, Sahil metrosunun həmin çıxışı tərəfdə Azerfon-Vodafone logolu bir mağaza ( müştəri...

Azercell`in internet saytı işləmir. - #3

Bu gün uzun bir müddət Azercell `in saytı işləməyibdi ( mən yazını yazanda da işləmirdi ). Yəqinki buna nəsə bir açıqlama gətirərlər. Bu əsasən serverlə bağlı olan hadisədir. Ola bilsinki ya DNS`lərində nəsə bir problem var. Bəlkə də serverlərini dəyişirlər. Sayta daxil olanda 502 erroru verir. Ancaq saytın wap versiyasına daxil olanda normal şəkildə daxil olmaq mümkün olur. Eyni zamanda web mesaj xidməti də...

Dünyada 4G istifadəyə verildi. Bizdə də Azercell gözünü 4G`ə tikib?

Biz Azərbaycanda 3G gəlir, gələcək deyə-deyə qalsaqda, camaat 4G `ə keçid edir. Bu gün artıq dünyada rəsmi olaraq 4G xidməti istehlakıçların istifadəsinə verildi. Mən bilən bu ilin iyun ayında Yaponyanın NTT DoCoMo operatoru belə bir bəyanat vemişdiki, 2010-cu ildən 4G xidmətləri verməyə başlayacaq. Mən 4G`ni Şərqdən gözləyirdim. Xəbəri isə Qərbdən gəldi. Belə ki, TeliaSonera” şirkət dünyada ilk dəfə olaraq 4G mobil rabitə...

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın vaxtlarda “ Azercell Telekom ” şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş lisenziyanı təqdim etmək niyyətindədir. Bu xəbərlər bu gün xeberler.az `da rastlaşdım. Dediklərinə görə lisenziyanı verəcəklərmiş. Guya bir neçə sənəd hazırlamayıbmış Azercell `in. Maraqlıdır görən nə vaxta veriləcək lisenziya. Hər halda bir operatorda olmasa yaxşıdır lisenziya....

Sizin ideyanız var ?

Lakin onu həyata keçirməyə imkanınız yoxdur? Ideyanızı bizimlə paylaşın və Barama layihəsinə qoşulun! Barama layihəsinin əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaların tədqiqatı, təkmilləşdirilməsi və nəhayət həyata keçirilməsini təmin etməkdir. Layihədə iştirak etmək üçün aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, ideyanızı və digər əlaqəli sənəd və materialları Azercell-ə göndərin....

“Azercell” şirkətində təcrübə proqramı

Azercell-də təcrübə proqramı şirkəti daha yaxından tanımağa və burda karyera qurmağa real imkanlar yaradır. Təcrübə proqramı uğurlu namizədlərə bacarıqlarını və telekommunikasiya sahəsində təcrübələrini inkişaf etdirməyi, həmçinin maraqlı və məsuliyyətli layihələrə qatılmağı təklif edir. Bu ilki təcrübə proqramı İKT-nin ən dinamik qruplarından birində — Servis və Məhsulların İnkişaf etdirilməsi qrupunda nəzərdə tutulmuşdur. Təcrübənin...