3G xidməti üzrə @Azercell "3Gmax" və @Bakcell "Sü[email protected]" [video]

Bildiyiniz kimi bu gündən etibarən artıq Bakcell-in də bu xidməti verməsi ilə, Azərbaycanda bütün mobil operatorlar öz abonentlərinə 3G mobil internet texnologiyasından istifadəni təklif etmyə başladılar. Gün ərzində artıq mobil operatorların qiymətləri qarşlaşdırımışdı . Ümumi mənzərədə Bakcell-in mobil internet tarifləri daha sərfəli görünür. Ancaq iş təkcə qiymətdə deyil. Xidmətin aktiv edilməsindən sonra bu gün işdə iki yeni lisenziya qazanmış Azercell ilə Bakcell-in sürətlərini qarşılaşdırdıq . Qarşılaşdırma zamanı istifadə edilən telefonlar eyni marka idilər — HTC Desire HD. Hər iki operatorda rabitə növü olaraq 3G...

Bu sərgidə @Azercell şirkəti müxtəlif xidmətlərin ödənilməsi üçün virtual kartlar təqdim edir [ #Bakutel ]

Bu il biz sərgidə 3G və 4G sürət testlərini, habelə M2M (aparatlararası ünsiyyət və məlumat mübadiləsini təmin edən texnologiya), Mobil Virtual Kart, “Application store” və bir sıra digər xidmət və texnologiyaların demo-nümayişini təqdim edirik. Məlum olduğu kimi, “Azercell” şirkəti gələn il Azərbaycanda keçiriləcək “Avroviziya-2012” mahnı müsabiqəsinin baş sponsordur və biz böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, sərgiyə gələn...

BBTV şirkəti 3G ilə bağlı Azercell-i məhkəməyə verir?

Bu gündən etibarən artıq Azercell abunəçiləri 3G xidmətindən istifadə edə bilirlər. Bu barədə blogumuzda da yazıldı . Sosial Mediada da bunun əks sədası hiss olunur. Twitter-də Azercell axtarışı edərək yazılanlar barədə məlumat əldə edə bilərsiniz — http://twitter.com/#!/search/realtime/azercell . İstifadəçilər tərəfindən isə B&BTV-nin Azercelli 3G ilə bağlı məhkəməyə verdiyi barədə sənədin şəkli yayıldı: Mətn:...

Artıq @Azercell 3G-yə keçdi. #3gmax

Bu yaxınlarda axir ki, Azercell-in 3G lisenziya alması barədə yazmışdıq. Bu yazıdan sonra yaranan ilk sual «Bəs 3G xidməti nə vaxt aktiv olacaq?» olmuşdu. Bu gün bu suala Azercell cavab verdi . Artıq hər bir Azercell abonenti 3G yazıb 2525-ə göndərərək xidməti öz telefonunda aktivləşdirə bilər. Azercell 3G-nin əsəs üstünlüyü onun əhatə dairəsidir. Şəkildən göründüyü kimi demək olar ki, Azərbaycanın bütün şəhərlərini əhatə edir....

Bu qarlı günlərdə 3G olacaq?

Hə, öncə hamınızı ilk qar yağması münasibətilə təbrik edirəm, amma onu da deyim ki, sabahki çirkli yollara hazır olun :) 3G ilə yazdığım keçən postuma qayıtmaq istəyirəm. Hamının bu saat gözlədiyi 3G şəbəkəsinin Azercell və Bakcell mobil operatorlarında ha vaxt aktivləşəcəyi mövzusunda bir daha toxunmaq istəyirəm. Yəqin ki, keçən postumda, Bakcell`in 3G şəbəkəsi olan və «BKCELL» adlandırılan şəbəkəsi haqda söhbət yadınızdadır. Çünki mən 100%...

Androidli Samsunglar (Galaxy-lər) üçün @Azercell -in kampaniyası

Avqust ayında Androidli HTC-lər ilə kampaniya keçirən Azercell, indi də Androidli Samsunglar üçün kampaniya keçirir. Galaxy ailəsindən olan telefonlar üçün xüsusi güzəştlər tətbiq olunacaq. Bu barədə Azercell-in rəsmi blogunda məlumat verilib: Nəzərinizə çatdırırıq ki, 04 noyabr 2011-ci il tarixindən etibarən Azercell abunəçiləri üçün Samsung Galaxy Family smartfonları üzrə kampaniya keçiriləcək. “Galaxy family” smartfonlarını əldə...

Azercell-dən daha bir yenilik

Press-Reliz: Facebook sosial şəbəkəsindən istifadə edən Azercell abunəçiləri xüsusi proqram vasitəsi ilə müştəri xidmətlərindən dəstək alacaqlar 3 noyabr, 2011, Bakı: Azərbaycanın bir nömrəli mobil operatoru Azercell Telekom bu dəfə də ənənəsinə sadiq qalıb. Hər zaman analoqu olmayan xidmətləri və yenilikləri ilə abunəçilərini sevindirən Azercell növbəti dəfə müştəri xidmətləri sahəsində yeniliyə imza atıb. Bu gündən etibarən...

Ölkə daxilində 1 dəqiqə= 5 qəpiklə danış !

Press-reliz: Azercell-dən “Bütün Azərbaycana bağlan!” kampaniyası Ölkə daxilində 1 dəqiqə= 5 qəpiklə danış! 18 oktyabr, 2011, Bakı: “Azercell Telekom” MMC bu bayram da ənənəsinə sadiq qaldı. Azərbaycanın lider mobil operatoru Azercell Azərbaycan Respublikasının Müstəqilliyinin 20 illiyi ilə əlaqədar abunəçilərinə yeni “Bütün Azərbaycana bağlan!” kampaniyasını təqdim edir. Artıq tarif paketindən asılı olmayaraq Azercell...

Azercell-ə 3G lisenziyası verildi (?)

Azercell uzun müddətdir 3G xidməti üçün hazırlaşır və bu barədə RİTN-ə dəfələrlə müraciət edirdi. Hələki ölkədə yeganə 3G xidməti olan operator Azerfon-dur. Trend-in verdiyi xəbərə görə artıq Azercell də 3G lisenziyasını alıb: Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası «Azercell Telekom» mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul...

Azercell növbəti Tələbə Təqaüdü Proqramına başlayır!

Potensialın artırılması üçün daha bir fürsət Press-Reliz: 29 sentyabr, 2011, Bakı: Azercell Telekom MMC tələbələr üçün növbəti təqaüd proqramına start verib. Bu ilin oktyabrın 3-dən başlayan Tələbə Təqaüd proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Ətraflı məlumat üçün...

Paycell xidməti ilə bağlı növbəti yenilik

Press-reliz: Kimə və nə qədər Pay göndərildiyini bilmək mümkün olacaq 28 sentyabr, 2011, Bakı: Azercell Telekom MMC Paycell xidməti ilə bağlı yenilik tətbiq edir. Bundan sonra gün ərzində hansı nömrəyə neçə dəfə və nə qədər hədiyyə vəsaitin göndərildiyini öyrənmək mümkün olacaq. 27 sentyabr 2011-ci il tarixindən etibarən istənilən Azercell abonenti Paycell haqqında məlumat ala biləcək. Bunun üçün Fakturalı və Fakturasız...

Azercell Trends

Teliasonera qrupu sahibi olduğu bütün operatorlar üçün xüsusi bir proqram təminatı istifadəyə verib. Əlbəttə bu operatorlar arasında Azərbaycanda fəaliyyət göstərən Azercell də yer alıb . Dediklərinə görə, bu proqramı ilə hər bir Azercelli növbəti nəsil telekom texnologiyaların inkişafına töhfəsini vermək və təsir etmək imkanı əldə edir. Azercell Trends proqramını öz smartfonunuza Android Market , Symbian Store , App Store və...

Axı kimdir birinci? [infoqrafika]

Dünən Azercell şirkətinin sentyabr ayının 20-də facebook sosial şəbəkəsində yazdığı «Biz, Birinci» sözləri ilə bol olan yazısı haqda bloq post yazdım. Bu yazı @Azercell @rauf_Sr və @TSalahov tərəfindən çox da ürəkaçan qarşılanmadı. Əlbəttə neqativ tərzdə olan yaxşı yaxşı qarşılanmaz, amma mən faktlara söykənib yazını şərh etmişdim. Bir qədər sonra, Dima m. təklifi ilə, Azərbaycan mobil operatorlarının sosial şəbəkələrdə aktivliyi ilə bağlı...

Mobil operatorlardan hansı daha sərfəlidir? [video]

Mobil operatorların hesablamaları konturdan qəpik sisteminə keçdikdən sonra onların qiymətlərini daha aydın görmək olur. Bu zaman da çeşidli araşdırmalar və hesablamalar üçün daha yaxşı zəmin yaranır. Son belə bir araşdırmanı isə ANS TV aparıb. Onlar bu barədə müxtəlif mütəxəssilərin rəyi əsasında xüsusi reportaj hazırlayıblar. Mütəxəssilər Osman Gündüz və İlqar Mirzə operatorların danışıq qiymətlərinə öz münasibətlərini bildiriblər....

Saxta "yüksək sürətli" datakartlar

Bir neçə gün əvvəl sürətli internet axtarışına çıxdım. Düzdü, mən evdə ADSL-dən istifadə edirəm. Amma heç qane eləmir. Axşam olan kimi bu “sürətli” internet başlayır axsamağa. Yeni açdığım bloquma bir foto belə yükləyə bilmirəm. :( Hə, dediyim kimi başladım axtarışa. Bir dostum dedi ki, o “3G” -dən istifadə edir. Həm sürətlidir, həm də mobil. Sözün qısası, beynimə batdı bu fikir. Bu səbəbdən kiçik bir araşdırma elədim və elə bu...

Android telefonları əldə etmək üçün kampaniya

Əksərən Azərbaycan mobil bazarında Blackberry telefonlarınıı operatorlar xüsusi şərtlərlə satırlar. Həm Azercell-də , həm də Bakcell-də Blackberry telefonlarını xüsusi şərtlərlə almaq mümkündür. Artıq Android telefonları üçün də kampaniya başlayır. Azercell-də HTC-nin 4 modelini kampaniya almaq mümkündür . Telefonlar: Wildfire S Desire HD (A9191) Incredible S Desire S Kampaniya çərçivəsində 6...

Bizi birləşdir(məy)ən dəyər?

Mobil operatorlar yenə türklər demiş “kendilerini kayb etmiş”! Sual verə bilərsiniz,“Məsələ nədir???” Mən də elə deyirdim, amma iki gün dostlarımın biri aşağıda gördüyünüz fotoya teq edilməsə idi. Foto FB-yə “Mobil operatorların son kampaniyaları və hesablamalar” adı altında yerləşdirilib. Fotoya baxan kimi dedim ki,vse, mənlikdi bu söhbət! Bu foto kifayətdir ki, kimin bazarda nə etmək istədiyini anlayaq. Təsəvvür edin, eyni fason...

“Barama”da yeni araşdırma gerçəkləşdirildi

Press-reliz: İki tələbə komandası Azercelldəki strateji dəyişiklikləri tədqiq etdilər Azercellin yaratdığı “Barama” innovasiya mərkəzi bu vaxta qədər müxtəlif layihələrə imza atıb. İndi isə istedadlı gənclərin ocağına çevrilən bu mərkəzdə daha bir yeni və maraqlı proqram gerçəkləşdirildi. Layihə çərçivəsində tələbələr 3 həftə boyunca iqtisadi analitik araşdırma apardılar. Onlar 2011-ci ildə Azercelldə baş verən strateji...

WebMesajCELL xidmətindən göndərilən SMS-lərdə yenilik

Azercell rəsmi blogunda WebMesajCELL xidmətindəki yenilik barədə məlumat verib . Bu gündən etibarən, bütün Azercell abonentlərinə WebMesajCELL xidməti vasitəsilə daxil olan SMS-lər artıq WebMesaj ünvanindan deyil, göndərən şəxsin nömrəsindən gələcək. Həmin mesajı birbaşa cavablandırmaq mümkün olacaq. Servisi yoxlayanda görmək mümkün olur ki, SMS-lərdə nömrədər gedir. Beləcə cavablamaq daha rahat olur. Ancaq SMS-in internetdən...

Azercell online müştəri xidmətləri

Abonentlərə sayt vasitəsilə canlı şəkildə istənilən xidmət göstəriləcək. Fəaliyyətini abonentlərinin rahatlığına yönəldən Azercell bu dəfə online müştəri xidmətlərini istifadəyə verir. İyulun 6-dan etibarən hanısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abonentlər şirkətin rəsmi www.azercell.com saytında qeydiyyatdan keçməklə online müştəri xidmətlərindən yararlana biləcəklər. Artıq müştəri xidmətlərinə getmək...