Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

Dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında ölkəmiz də təmsil olunur. Yaponiyanın Tsukuba şəhərində keçirilən 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadada ölkəmiz adından Fizika, Riyaziyyat və Informatika təmayüllü Respublika Liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov iştirak edirlər. Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilimizin və...