“Nar” media nümayəndələrinə mobil rabitədən danışdı

May ayının 12-də “Nar” media nümayəndələri üçün “Mobil rabitənin əsasları” mövzusunda təlim təşkil etdi. Təlimə qatılan jurnalistlər, bloqqerlər və ictimaiyyət nümayəndələri mobil şəbəkənin fəaliyyəti, mobil internetin...

Linuxda @Azercell 3GMax modeminin quraşdırılması

Azercell 3GMAX modemini Linux Ubuntu distributivində quraşdırma qaydaları aşağıdakı kimidir: İlk olaraq şəbəkə parametrlərində Edit Connections bölməsinə daxil olmaq lazımdır. Daha sonra Add düyməsinə sıxıb yeni Connection əlavə etmək lazımdır. Çıxan pəncərədə ZTE WCDMA Technologies MSM seçib Continue düyməsinə sıxın. Növbəti pəncərədə uyğun olaraq Azərbaycan və Azercell seçin. Növbəti çıxan...

Nar Mobile-ın yeni rəngləri (?!)

Son zamanlarda Nar Mobile-ın yeni reklamlarını ənənəvi rəngdə görmürəm. Azercell ilə bənzər korporativ rənglərdə olan Nar Mobile-ın son zamanlarda daha fərqli rənglərdən istifadə etməyi diqqətimi çəkir. Bunu necə şərh etmək olar deyə bilmərəm — Azercell ilə rəng müharibəsində məğlub olaraq geri çəkilmək yoxsa yeni qan axtarışı. Azercell və Bakcell-in 3G-ni xüsusi formada tanıtmağa başlayandan sonra Nar Mobile-ın 3G-si bir xeyli kölgədə...

3Gmax üçün @Azercell -in mi-fi cihazı - #unboxing

Həftənin birinci günü ( 23 yanvar ) Azercell əməkdaşları tərəfindən bizə ( Fərhad la mən ) 3Gmax üçün «3G GSM Wireless Router Mobile Hotspot WiFi» qısaca Mi-Fi cihazı verildi. Cihazlar satışdan qabaq təqdim edilmişdi. 2 gün ərzində bir qədər test etdim. Hələki çox gec olmadan istifadə təcrübəm barədə qeydləri etmək istədim. Çünki, sosial mediada test barədə yazdıqda suallar verilir. İlkin təcrübələrimdən sonra, qarşıma...

Bakcell də 3G xidmətlərini təklif edir

Azercell barədə postumuzda istifadəçilərdən biri Bakcell -in 3G tariflərinin adının " sür@ " ola biləcəyini vurğulamışdı . Həqiqətən də Bakcell-in 3G xidməti belə adlanır. Xidmətin istifadəsi Bakutel sərgisində baş tutub: Azərbaycanın Ilk Mobil Operatoru Bakcell şirkəti noyabrın 23-də “BakuTel” sərgisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə öz 3G xidmətlərinin kommersiya...

Bakcell-dən 3G xidmətləri barədə yeni xəbər

Bakcell Facebook səhifəsində 3G ilə istifadəçiləri məlumatlandırdı. Onlar prosedura və sınaqlar barədə istifadəçələrə məlumat veriblər : Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti 3G xidmətlərinin göstərilməsinə hazırlıq üçün sınaq mərhələsini həyata keçirir. Test rejimi ölkənin 3G standartında yüksək sürətli mobil internet xidmətlərinin göstərilməsi üçün tam hazır olan 62 şəhərində aktivləşdirilib. Şirkətin çoxdan gözlənilən...

Artıq @Azercell 3G-yə keçdi. #3gmax

Bu yaxınlarda axir ki, Azercell-in 3G lisenziya alması barədə yazmışdıq. Bu yazıdan sonra yaranan ilk sual «Bəs 3G xidməti nə vaxt aktiv olacaq?» olmuşdu. Bu gün bu suala Azercell cavab verdi . Artıq hər bir Azercell abonenti 3G yazıb 2525-ə göndərərək xidməti öz telefonunda aktivləşdirə bilər. Azercell 3G-nin əsəs üstünlüyü onun əhatə dairəsidir. Şəkildən göründüyü kimi demək olar ki, Azərbaycanın bütün şəhərlərini əhatə edir....

Bu qarlı günlərdə 3G olacaq?

Hə, öncə hamınızı ilk qar yağması münasibətilə təbrik edirəm, amma onu da deyim ki, sabahki çirkli yollara hazır olun :) 3G ilə yazdığım keçən postuma qayıtmaq istəyirəm. Hamının bu saat gözlədiyi 3G şəbəkəsinin Azercell və Bakcell mobil operatorlarında ha vaxt aktivləşəcəyi mövzusunda bir daha toxunmaq istəyirəm. Yəqin ki, keçən postumda, Bakcell`in 3G şəbəkəsi olan və «BKCELL» adlandırılan şəbəkəsi haqda söhbət yadınızdadır. Çünki mən 100%...

Azercell-ə 3G lisenziyası verildi (?)

Azercell uzun müddətdir 3G xidməti üçün hazırlaşır və bu barədə RİTN-ə dəfələrlə müraciət edirdi. Hələki ölkədə yeganə 3G xidməti olan operator Azerfon-dur. Trend-in verdiyi xəbərə görə artıq Azercell də 3G lisenziyasını alıb: Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası «Azercell Telekom» mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul...

Saxta "yüksək sürətli" datakartlar

Bir neçə gün əvvəl sürətli internet axtarışına çıxdım. Düzdü, mən evdə ADSL-dən istifadə edirəm. Amma heç qane eləmir. Axşam olan kimi bu “sürətli” internet başlayır axsamağa. Yeni açdığım bloquma bir foto belə yükləyə bilmirəm. :( Hə, dediyim kimi başladım axtarışa. Bir dostum dedi ki, o “3G” -dən istifadə edir. Həm sürətlidir, həm də mobil. Sözün qısası, beynimə batdı bu fikir. Bu səbəbdən kiçik bir araşdırma elədim və elə bu...

Azerfon 3G və Ubuntu 11.04

Salam hamıya. Bu postda biz Azerfondan 3G modemi Linux Ubuntu 11.04 işlədəcəyik. Qeyd edim ki, bu çox çətin məsələ deyil və bu məqaləni sadecə bir manual kimi istifadə etmək olar. Gəlin başlayaq. Gnu/Linux və Unix əməliyyat sistemlərdə əsas vacib olan məqam — cürbəcür xarici cihazların tanınmasıdır. İndiki zamanda bu boyük bir problem deyil, çünki əminliklə demək olar ki, Gnu/Linux əksəriyyət cihazları avtomatik olaraq tapır....

3G mobil internetin sürəti üzrə monitorinqin yekunları

Press-reliz: Azərbaycanda 3G mobil internet Böyük Britaniya ilə müqayisədə daha sürətlidir. Azərbaycanda 3G texnologiyası ilə genişzolaqlı mobil internet Böyük Britaniya ilə müqayisədə orta hesabla daha sürətlidir. Bu haqda Simsiz Texnologiyalar Assosiasiyasının apardıgı monitorinqin yekunlarından bəlli olmuşdur. Monitorinq datakartlar vasitəsilə aparılmışdır. Böyük Britaniyaının Ofcom təşkilatı tətəfindən aparılmış...

WiMax texnologiyası yox olur

İlk çıxan vaxtlarda istifadəçilər tərəfindən maraqla qarşılanan WiMax standartının tam yayğınlaşıb fəaliyyətə başlamadan sonu yaxınlaşır. Cisco keçən il dəstəyini çəkməsi ilə birlikdə, İntel də ağırlığını fərqli nöqtəyə istiqamətləndirəcəyini bildirir. Kabelsiz ünsiyyət texnologiyasında yeni cığır açacağı deyilən WiMax standartı çox yaxında ortadan itəcək. İstədiyi dəstəyi tapa bilməyən və inkişaf müddəti çox uzun sürən bu standart üçün...

Bakcell-in fake 3G-si

Yəqin ki, Bakcell -in 3.5G datakart reklamlarını hər kəs görüb . 3.5G sözünə olduqca çox vurğu edilir, çox qabardılır. Modemdə hər nə qədər 3.5G deyilsə də, Bakcelldə 3G servisi yoxdur . Sadəcə mobil internet olaraq GPRS ən yaxşı halda isə EDGE-dir . İndiyə qədər buna o qədər də əhəmiyyət vermirdim. Ta ki, son bir neçə gündə rastlaşdıqlarıma qədər. Bir neçə gün əvvəl Türkiyədə sosial media sahəsində çalışan və...

BakuTel 2010 - yeni mərkəzdə, köhnə sərgi

Bu gün BakuTel sərgisinə tamaşa etməyə getmişdim. Əslində plan o idi ki, sərginin ilk günü gedək. Məlum olaraq, sərginin açılış vaxtı dəyişdiyindən, sərgini ziyarət vaxtı da avtomatik dəyişildi . Ona görə bu haqda öz fikirlərimi hələki indi yazıram. Yəqin ki, indiyə qədər sərginin gedişatı, oradakı stendlər haqqında oxucuların çoxusu ya gedib görüb, ya da indiyə qədər oxuyub. Mən də ona görə sərginin gedişatı haqqında yox, elə...

Azerfon-Vodafone Azərbaycanda ilk 3G Mobil Müşahidə Kameralarını təqdim edir

Press-reliz: 21 sentyabr 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone 3G texnologiyasına əsaslanan daha bir məhsulunu — Müşahidə Kameralarını satışa çıxardı. İndi Azerfon-Vodafone abunəçiləri 3G Mobil Kameralarından istifadə edərək adi video-zəng vasitəsilə kameranın quraşdırıldığı ərazini istənilən an rahat şəkildə müşahidə edə bilərlər. Azerfon-Vodafone–nun Azərbaycan bazarında ilk olaraq təqdim etdiyi bu texnologiyadan...

Azerfon-Vodafone 3G şəbəkəsi Quba, Xaçmaz və Lənkərana genişlənir

Press-reliz: 2010-cu ilin avqust ayından etibarən, Azerfon-Vodafone 3G şəbəkəsi Quba, Xaçmaz və Lənkəran şəhərlərində də istifadəyə verilir. Əhatə dairəsinə daxil edilmiş bu üç yeni şəhər ilə, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz və Şəmkirdə, Azerfon-Vodafone-un 3G xidmətləri hazırda Azərbaycanın 11 şəhərində istifadə olunur. Azerfon şirkətinin İdarə Heyətinin sədri Cüneyt Türktan: «Azerfon-Vodafon-un 3G...

Facebook-un pulsuz mobil platformu

Facebook yeni servisi olan 0.facebook.com -u blogundan tanıtdı . Başlıqdan da oxuya biləcəyiniz kimi bu pulsuz mobil platformadır. Xatırlayan olar yəqin ki, bir müddət əvvəl Facebook lite versiyasının fəaliyyətin idayandırmışdı. İndiki versiyada bir növ onu xatırladır mənə. Ancaq burada mahiyyət daha başqadır. Facebook-un özünün açıqladığı rəqəmlərə inansaq, 100 milyondan çox sırf mobil istifadəçisi var. Bu isə çox böyük rəqəmdir....